Ukrayna ordusundan verilən açıqlamada Rusiyanın Voronej şəhərindəki bir fabrikə yüksək dəqiqlikli qanadlı raketlərlə zərbə endirildiyi bildirilib. Bəyanatda hədəf alınan fabrikin hava hücumundan müdafiə sistemləri, xüsusilə də ballistik və qanadlı raketlər üçün müxtəlif komponentlər istehsal etdiyi qeyd olunub. Müəssisənin Rusiya hərbi-sənaye kompleksi üçün kritik əhəmiyyət daşıdığı vurğulanıb. Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiya ordusu Ukrayna ərazilərinə təşkil etdiyi hava hücumlarında məhz bu müəssisədə hazırlanan raketlərdən istifadə edir.
Rusiya rəsmiləri isə hücum nəticəsində Voronejdə 3 nəfərin yaralandığını bəyan ediblər. Voronej vilayətinin meri Aleksandr Qusev rəsmi internet səhifəsində Ukraynaya məxsus bir neçə hava hədəfinin zərərsizləşdirildiyini açıqlayıb. O, hadisə zamanı biri ağır olmaqla 3 dinc sakinin xəsarət aldığını, həmçinin şəhərdəki bir istehsal müəssisəsinə və bir neçə yaşayış binasına ziyan dəydiyini qeyd edib.
Qeyd edək ki, bəzi sosial media kanallarında Ukraynanın sözügedən hücumu Böyük Britaniya istehsalı olan "Storm Shadow" qanadlı raketlərlə həyata keçirdiyinə dair iddialar yayılıb.













