SİYASƏT
2 dəqiqə oxuma
İlon Maskdan ABŞ-da yeni siyasi partiya çağırışı
İ.Mask D.Trampın büdcə planını sәrt ifadәlәrlә tənqid edərək Amerika üçün yeni siyasi partiya çağırışı etdi
İlon Maskdan ABŞ-da yeni siyasi partiya çağırışı
FILE PHOTO: U.S. President Donald Trump and Elon Musk attend a press conference at the White House
1 iyul 2025

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan İlon Mask iyunun 30-da özünün sahibi olduğu “X” sosial platformasında paylaşım edərək yazıb: “Açıq şəkildə görünür ki, biz təkpartiyalı bir ölkədə yaşayırıq – Donuz Porki (çizgi film personajı) partiyası! Xalqı həqiqətən düşünən yeni bir siyasi partiyanın vaxtı çatıb.”

İ.Maskın bu açıqlamaları, D.Trampın federal borc miqdarını 5 trilyon dollar artırmağı nəzərdə tutan qanun layihəsinə qarşı mövqeyini ifadə etdiyi bir vaxtda gəlib. Milyarder iş adamı bu planı “ağılsızca xərcləmə” adlandıraraq, həm Demokratlar, həm də Respublikaçıların maliyyə məsuliyyətsizliyi göstərdiyini vurğulayıb.

Qeyd edək ki, İ.Mask son aylarda bu məsələ ilə bağlı D.Trampla açıq mübahisəyə girib və sonradan tonunu yumşaltsa da, bu qarşıdurma ABŞ-ın siyasi elitası ilə Silikon Vadisi investorları arasında artan gərginliyi üzə çıxarıb.

İ.Maskın bu tənqidlərindən sonra “Tesla”nın səhmlərində ciddi dalğalanmalar qeydə alınıb. Şirkət müvəqqəti olaraq 150 milyard dollar dəyərində maliyyә itkisi yaşayıb. Daha sonra səhmlər müəyyən qədər bərpa edilsə də, bu hadisə siyasətçilərlə korporativ liderlər arasındakı ictimai gərginliyin maliyyə bazarlarına nə dərəcədə təsir edə biləcəyini göstərib.

 

“Amerika Partiyası”

İ.Mask əgər “ağılsızca xərcləmə” adlandırdığı qanun layihəsi qəbul olunarsa, ertəsi gün “Amerika Partiyası” adlı xalqın əsl səsi olacaq yeni siyasi təşkilat quracağını bildirib.

Qeyd edәk ki, ABŞ uzun illərdir Demokratlar və Respublikaçılar tərəfindən idarә edilәn iki partiyalı siyasi sisteminə görə tənqid olunur. Müxtəlif dövrlərdə bu strukturun dar çərçivəsindən çıxmaq və ölkənin siyasi həyatını canlandırmaq məqsədilə yeni siyasi partiyaların yaradılması fikirləri səsləndirilib.

ABŞ Konstitusiyası yeni siyasi partiyaların qurulmasına qadağa qoymasa da, mövcud seçki sistemi və institusional çərçivə əsasən iki böyük partiyanı dəstəkləyir və yeni partiyaların geniş təsir gücünə sahib olmasını son dərəcə çətinləşdirir.

MƏNBƏ:TRT Global
Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib