SİYASƏT
2 dəqiqə oxuma
Marko Rubio İsrail-Livan münaqişəsinin nizamlanması üçün mərhələli plan təqdim edib
ABŞ Dövlət katibi Livan və İsrail rəhbərləri ilə birbaşa diplomatik danışıqlar zamanı gərginliyin mərhələli azaldılmasına dair yol xəritəsi təklif edib
Marko Rubio İsrail-Livan münaqişəsinin nizamlanması üçün mərhələli plan təqdim edib
Rubio İsrail-Livan gərginliyi fonunda tədrici deeskalasiya planını irəli sürüb. (Foto: ARXİV) / AP

ABŞ rəsmiərindən birinin “Reuters” xəbər agentliyinə verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio İsrail ilə Livan arasındakı diplomatik danışıqlar barədə həm Livan Prezidenti Cozef Aun, həm də Benyamin Netanyahu ilə görüşərək, "gərginliyin mərhələli şəkildə azaldılmasına" imkan yaradacaq plan təklif edib.

Rəsminin bildirdiyinə görə, ABŞ ilk addım olaraq “Hizbullah”ın İsrailə yönəlmiş bütün hücumları dayandırmasını və bunun müqabilində İsrailin Beyrutda gərginliyi artırmaqdan çəkinməsini təklif edib.

Rəsmi "Bu, gərginliyin mərhələli şəkildə azaldılması və düşmənçiliyin effektiv şəkildə dayandırılması üçün şərait yaradacaq" ifadələrini işlədib.

İsrail “əvvəlcə” dayanacaq

Rəsmi həmçinin əlavə edib ki, Aun təklifi irəli aparmağa və bir razılıq əldə etməyə çalışır.

Lakin “Hizbullah”ın atəşkəs öhdəliyinə "zəmanət verdiyini" iddia edən Livan Parlamenti sədri Nəbih Berri əvvəlcə atəş açmağı dayandırmaq məsuliyyətini İsrailin üzərinə qoyub.

Netanyahı mayın 31-də altı həftədən çox bir müddət əvvəl elan edilən atəşkəsə baxmayaraq, “Hizbullah” ilə mübarizədə qoşunların Livanın daxilinə doğru daha da irəliləməsi barədə əmr verdiyini demişdi.

Hərbi rəsmilərin bu gün (1 iyun 2026) daha əvvəl bildirdiyinə görə, son irəliləyişdə İsrail əsgərləri 900 illik Bofor (Beaufort) qalası ilə Livanın cənubunda yerləşən strateji bir təpəni ələ keçirib. Bu hadisə aprel ayında elan edilən atəşkəsdən bəri İsrailin şimalına yönəlmiş ən intensiv Hizbullah atəşlərinin qeydə alındığı günün ertəsi gününə təsadüf edib və məktəblərin bağlanması ilə bəzi məhdudiyyətlərə səbəb olub.

Amerikalı rəsmi bildirib ki, ABŞ İsrailin “Hizbullah”ın mülki şəxslərə qarşı davam edən hücumlarına dözməsini gözləmir.

İsrail hücumları 2 martdan bəri 1,2 milyondan çox livanlını didərgin salıb.

O vaxtdan bəri İsrail hücumlarında Livanın cənubu, şərqi və paytaxt Beyrut hədəf alınıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 3 200-dən çox insan həyatını itirib. İsrail isə eyni dövrdə 23 əsgərinin və dörd mülki vətəndaşının öldüyünü bəyan edib.

Araşdırma
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ prezidenti D.Tramp ilə Venesuelanın müvəqqəti dövlət başçısı D.Rodriqez görüş keçiriblər
Fələstin dövlət rəsmisi N.Rudeyne M.Abbasın BMT-də iştirakının qarşısının alınması ilə bağlı danışıb
Qərbi Trakiya türklərindən N.Papaioannunun türk dili ilə bağlı sözlərinə reaksiya
E.Börnhem İordan çayının qərb sahili və Qəzzadakı vəziyyəti qiymətləndirib