TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfərindən sonra sosial media hesabında paylaşım edib.
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
Hakan Fidan Misir səfərinə dair paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfərindən sonra sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, Türkiyə və Misir üzərilərinə düşən məsuliyyəti dərk edən iki böyük dövlətdir. O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın güclənməsi yalnız xalqların ortaq maraqlarına deyil, həm də regionda sülhün, sabitliyin və rifahın bərqərar olmasına xidmət edir. H.Fidan prezidentlərin ortaya qoyduğu vizyona uyğun olaraq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında çiyin-çiyinə işləməyə və əlaqələri dərinləşdirməyə davam edəcəklərini qeyd edib.

Səfərin ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini və regional məsələləri müzakirə etmək üçün çox vacib imkan yaratdığını deyən nazir göstərilən səmimi qonaqpərvərliyə görə misirli həmkarı Bədr Əbdülətiyə təşəkkür edib.

Hakan Fidan səfər çərçivəsində misirli həmkarı ilə birgə Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci görüşünə həmsədrlik etdiyini bildirib. O, həmçinin Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Rəşad və Ərəb Liqasının baş katibi ilə görüşlər keçirdiklərini diqqətə çatdırıb. Nazir ticarət dövriyyəsini artıracaq, iqtisadi əlaqələri şaxələndirəcək və ölkələr arasında əlaqəni gücləndirəcək sazişlərin imzalandığını vurğulayıb.

Xatırladaq ki, Hakan Fidan 13-14 avqust tarixlərində Misirə rəsmi səfər edib.

Araşdırma
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir