Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Hərbi Hava Qüvvələri Komandanlığına bağlı müxtəlif bazalardan havalanan təyyarələrlə Kıbrıs adasının cənubunda və Aralıq dənizində təlim uçuşunun keçirildiyini bildirib.
Nazirliyin sosial şəbəkə hesabında edilən paylaşımda bu ifadələr yer tutub:
"Polad qanadlar Aralıq dənizinin səmalarında... Ölkəmizin Aralıq dənizindəki hüquq və mənafelərinin qorunması, əməliyyat imkanlarımızın inkişaf etdirilməsi və bölmələrimizin hazırlıq səviyyəsinin ən yüksək həddə saxlanılmasına yönəlmiş fəaliyyətlərimiz qətiyyətlə davam edir. Bu çərçivədə Hərbi Hava Qüvvələri Komandanlığımıza bağlı müxtəlif bazalardan havalanan döyüş və dəstək təyyarələrimizin iştirakı ilə Kıbrıs adasının cənubunda və Aralıq dənizinin beynəlxalq hava məkanında əhatəli təlim uçuşu uğurla həyata keçirilib".





















