TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qətnaməyə dair yazılı açıqlama yayıb
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qətnaməyə dair yazılı açıqlama yayıb. Bəyanatda Türkiyə Silahlı Qüvvələrinə qarşı əsassız və ağılasığmaz iddiaların yer aldığı qətnamənin rədd edildiyi bildirilib.

Bəyanatda ŞKTC Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyinə də tam dəstək ifadə edilib.

Nazirliyin bəyanatında qeyd olunub ki, özündə böhtanlar ehtiva edən sözügedən qərar Avropa İttifaqının və xüsusən də Avropa Parlamentinin Kipr məsələsi ilə bağlı müəyyən dairələrin təsiri altında mənimsədiyi qərəzli və təhrif olunmuş yanaşmadır

"Aİ orqanlarının Kipr məsələsinə münasibətdə tarixi reallıqlardan və bitərəflikdən getdikcə uzaqlaşan bir yanaşma nümayiş etdirməsini narahatverici hesab edirik",-deyə bəyanatda vurğulanıb.