SİYASƏT
2 dəqiqə oxuma
İsrail Qəzzanın şimalında suyu kəsməyə hazırlaşır
Məqsəd fələstinliləri kütləvi şəkildə cənuba köçürməkdir
İsrail Qəzzanın şimalında suyu kəsməyə hazırlaşır
Qəzza
22 avqust 2025

Telekanal “KAN”ın məlumatına görə, İsrail Qəzzanı tam işğal etməyə yönələn genişmiqyaslı plan çərçivəsində fələstinliləri Qəzza şəhərindən çıxmağa məcbur etmək məqsədilə şimal bölgəsinə verilən suyun azaldılmasını, eyni zamanda cənubdakı boru xətlərinin təmirini nəzərdən keçirir.

Məlumata əsasən, Baş nazir Benyamin Netanyahu hökuməti bir tərəfdən şimala suyun verilməsinin dayandırılmasını müzakirə edir, digər tərəfdən isə Qəzzanın cənubuna birbaşa su daşıyan iki boru xəttinin bərpası üzərində işləyir.

Bu addım, İsrailin Qəzzadakı soyqırım siyasəti çərçivəsində məcburi aclıq, humanitar yardımlara qoyulan məhdudiyyətlərlə yanaşı, indi də susuzluğu silaha çevirməkdə ittiham olunduğu bir dövrə təsadüf edir.

Qəzza Hökumətinin Media Ofisinin məlumatına görə, İsrail yanvar ayından etibarən bölgəyə su verən son mənbələrdən biri olan ölkənin milli su şirkəti “Mekorot” vasitəsilə su axınını kəsib.

Bundan əlavə, İsrail ordusu martın 9-da Deyr Belahın cənubundakı mərkəzi su təmizləmə qurğusuna enerji verən son elektrik xəttini də sıradan çıxarıb. Atılan bu addım genişmiqyaslı içməli su istehsalını tamamilə dayandıraraq böhranı daha da dərinləşdirib.

Müdafiə naziri İsrael Kats davam edən vasitəçilik səylərinə və “Həmas”ın atəşkəs təklifini qəbul etməsinə baxmayaraq, Qəzza şəhərinin ələ keçirilməsini hədəfləyən “Gideonun döyüş maşınları 2” adlı hərbi planı avqustun 20-də təsdiqləyib.

İsrail hökuməti də ayın əvvəlində B.Netanyahunun Qəzzanın tamamilə yenidən işğalına yönələn mərhələli planını təsdiqləyib. Planın ilk mərhələsi təxminən 1 milyon sakinin cənuba köçürülməsi, şəhərin mühasirəyə alınması və yaşayış massivlərinə reydlər keçirilməsi yolu ilə Qəzza şəhərinin işğalını nəzərdə tutur.

İkinci mərhələdə isə, artıq böyük dağıntılara məruz qalmış Qəzzanın mərkəzindəki qaçqın düşərgələrinin işğalı planlaşdırılır. Plana əsasən, 800 mindən çox fələstinli cənubda yaradılacaq “humanitar zonalara” köçürüləcək, burada sığınacaqlar, səyyar xəstəxanalar və su infrastrukturunun qurulması nəzərdə tutulur.

Hazırlıqların üç həftə ərzində başa çatdırılması planlaşdırılır.

MƏNBƏ:TRT
Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"