DÜNYA
1 dəqiqə oxuma
İsrail hücumlarının davam etdiyi Qəzzada son 24 saatda daha 5 nəfər həyatını itirib
Atəşkəsə baxmayaraq İsrail hücumlarının davam etdiyi Qəzzada son 24 saatda daha 5 nəfər həyatını itirib
İsrail hücumlarının davam etdiyi Qəzzada son 24 saatda daha 5 nəfər həyatını itirib
İsrail hücumlarının davam etdiyi Qəzzada son 24 saatda daha 5 nəfər həyatını itirib

İsrailin 2025-ci ilin oktyabrında qəbul edilən atəşkəsdən bəri davam edən hücumlarında 1 399 nəfər ölüb, 4 min 863 nəfər yaralanıb.

Atəşkəsə baxmayaraq İsrail hücumlarının davam etdiyi Qəzzada son 24 saatda 5 nəfər həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrailin 2023-cü ilin oktyabrından bəri bölgəyə təşkil etdiyi hücumlarda qeydə alınan insan tələfatına dair son məlumatlar paylaşılıb.

Qəzzada son 24 saatda 5 nəfərin cəsədinin xəstəxanalara gətirildiyi, 25 nəfərin isə yaralandığı bildirilib.

Bölgədə atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumlarında 1 399 nəfərin həyatını itirdiyi, 4 min 863 nəfərin yaralandığı ifadə edilib.

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisinin 73 min 919-a, yaralı sayının isə 174 min 977-yə yüksəldiyi qeyd olunub.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.