PUBLİSİSTİK YAZILAR
2 dəqiqə oxuma
“Starship” kosmik gəmisinin 11-ci sınaq uçuşu uğurla həyata keçirilib
''SpaceX'' “Starship” raketinin 11-ci sınaq uçuşunun uğurla həyata keçirildiyini açıqlayıb
“Starship” kosmik gəmisinin 11-ci sınaq uçuşu uğurla həyata keçirilib
“Starship” kosmik gəmisinin 11-ci sınaq uçuşu uğurla həyata keçirilib / Reuters
14 oktyabr 2025

“SpaceX” şirkəti Texas ştatının Boka Çika qəsəbəsində yerləşən “Starbase” stansiyasından “Starship” raketinin 11-ci sınaq uçuşunu uğurla həyata keçirib.

İndiyə qədər hazırlanmış ən güclü buraxılış aparatı hesab edilən “Starship” kosmik gəmisi NASA-nın ‘‘Artemis’’ missiyalarında təkrar istifadə edilə bilən dizaynını gücləndirən bir saatlıq sınaq uçuşunu tamamlayıb.

NASA-nın müvəqqəti rəhbəri Şon Daffi rəsmi “X” səhifəsində paylaşım edərək deyib:
“Amerikalılar Ayın cənub qütbünə uğurlu eniş həyata keçirdi. ‘‘SpaceX’’in əldə etdiyi irəliləyiş ‘‘Artemis’’ missiyalarımız üçün çox vacibdir.”

“SpaceX”in “Starship” prototipi olan ‘‘Version II’’ ilə sınaq missiyaları bu il həm yüksəliş, həm də eniş mərhələsində uğurlarla yadda qalıb. Oktyabrın 13-də keçirilən sınaq “Version II’’ üçün ardıcıl ikinci uğurlu sınaq uçuşu oldu. İlk uğurlu buraxılış avqust ayında baş tutub.

Bununla yanaşı, ilin əvvəlindəki üç “Starship Version II” missiyası uçuş zamanı nasazlıqlar və yerüstü sınaq zamanı partlayışla nəticələnmişdi.

“SpaceX” NASA-nın 2027-ci ildə planlaşdırdığı Aya eniş missiyasını tamamlamaq üçün kosmik gəmi hazırlamaq yarışında Çinlə rəqabət aparır.

“Starship” gəmisinin Yer atmosferinə daxil olarkən zədələnmədən qorunması və kommunikasiyaların itmədən geri qaytarılması vacibdir. “SpaceX” təhlükəsiz enişi təmin etməyi və gəminin təkrar uçuşunu həyata keçirməyi hədəfləyir.

Hazırda “Starship” gəmisi 1,426 ºC (2,600 ºF)-dən yuxarı temperaturlara tab gətirə bilir və heç bir deqradasiyaya məruz qalmır.

Kosmik sənaye mütəxəssisləri bildirirlər ki, “Starship” uğurlu olsa, bu sənayenin inkişafında transformativ dönüş ola bilər.

“Starship” kosmik gəmisi 121 metr hündürlükdədir və havaya qalxarkən 7,590 ton itələmə gücünə malikdir.

Rəsmilər bildirirlər ki, “Starship”in ölçüləri və gücü kosmosa yük göndərmə xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.

Prosesin iqtisadi səmərəliliyi Ayda mövcudluğunu genişləndirmək istəyən müəssisələr və Marsa həyata keçiriləcək missiyalar üçün çox vacibdir.