SİYASƏT
1 dəqiqə oxuma
Nyu-Yorkda ABŞ-İran gərginliyi fonunda təhlükəsizlik tədbirləri gücləndirilib
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarından sonra Nyu-Yorkda ictimai təhlükəsizlik səviyyəsi artırılıb, mərkəzi ərazilərdə nəzarət tədbirləri genişləndirilib
Nyu-Yorkda ABŞ-İran gərginliyi fonunda təhlükəsizlik tədbirləri gücləndirilib
23 iyun 2025

Yerli mətbuatda yayılan məlumatlara əsasən, ABŞ ordusunun həftə sonu İranın nüvə obyektlərinə təşkil etdiyi hücumun ardından Nyu-York şəhərində hüquq-mühafizə orqanları yüksək səviyyədə xəbərdarlıq vəziyyətinə gətirilib. Lakin şəhərə yönəlmiş konkret bir təhlükə qeydə alınmayıb.

Nyu-York şəhərinin meri Erik Adams “NBC News”a verdiyi açıqlamada deyib: “Şəhərə qarşı birbaşa təhdid yoxdur, ancaq hәr bir halda daim ayıq olmaq lazımdır.”

E.Adams qeyd edib ki, Nyu-York Polis İdarəsi (NYPD) federal tərəfdaşlarla sıx əməkdaşlıq edərək, yəhudi və fars icmalarına məxsus mərkəzlər, eləcə də Tayms-skver meydanı kimi sıxlıq olan ərazilərdə müşahidə və təhlükəsizlik tədbirlərini gücləndirib.

 

İranın mümkün cavab hücumları narahatlıq doğurur

Rəsmilər bildirirlər ki, hücumlardan sonra İranın mümkün cavab tədbirlərinə dair artan narahatlıqlar fonunda ABŞ infrastrukturunu hədəf ala biləcək potensial kiber hücumlar da diqqətlə izlənilir.

İctimai Təhlükəsizlik üzrə merin müavini Kaz Dotri vurğulayıb ki, ictimai təhlükəsizlik idarənin əsas prioriteti olaraq qalmaqdadır. Bundan әlavә o, Nyu-York sakinlərini gündəlik həyatlarına davam etməyə çağırıb.

Şəhər rəhbərliyi sakinləri ayıq olmağa və hər cür şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Qeyd edək ki, bu xəbərdarlıqlar ABŞ qüvvələrinin iyunun 22-dә səhər saatlarında İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə bir sıra hücumlar həyata keçirməsindən sonra verilib. Bu hücumlar bölgədə daha genişmiqyaslı qarşıdurma təhlükəsi ilə bağlı narahatlıqları artırıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb