TÜRKİYƏ
1 dəqiqə oxuma
H.Fidan: “İsrail təhlükəsizlik məsləsini bəhanə kimi istifadə edir”
H.Fidan İsrailin Fələstin torpaqlarından Livan və Suriyaya qədər davamlı işğal siyasəti apardığını bildirib
H.Fidan: “İsrail təhlükəsizlik məsləsini bəhanə kimi istifadə edir”
H.Fidan: “İsrail təhlükəsizlik məsləsini bəhanə kimi istifadə edir” / AA

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan qeyd edib ki, İsrail təhlükəsizliyi bəhanə gətirərək daha çox ərazini işğal etməyə çalışır. Bu barədə nazir H.Fidan aprelin 18-də (bu gün) Antalya Diplomatiya Forumunda çıxışı sırasında deyib:

“İsrail öz təhlükəsizliyinin arxasınca getmir. İsrail daha çox ərazi əldə etmək niyyətindədir. Təhlükəsizlik B.Netanyahu hökuməti tərəfindən daha çox torpağın işğal edilməsi üçün bəhanə kimi istifadə olunur. İsrail beynəlxalq müstəvidə öz təhlükəsizliyini müdafiə etdiyi təəssüratını yaradıb, lakin xüsusilə son illərdə bundan daha artıq şeylər törətdiyi açıq şəkildə görünür.”

H.Fidan qeyd edib ki, Fələstin torpaqlarından Qəzzaya, işğal altındakı İordan çayının qərb sahilindən, Şərqi Qüdsə və hazırda isə Livan və Suriyaya doğru baş verənlər regionda “irəliləyən işğal və genişlənmə siyasəti” xarakteri daşıyır.

Türkiyə XİN rəhbəri H.Fidan əlavə edərək deyib: “Bunun dayanmalı olduğunu düşünürəm. İsrail başa düşməlidir ki, regionda sülh şəraitində yaşamağın yeganə yolu digər ölkələrin öz təhlükəsizliklərini, ərazi bütövlüklərini və azadlıqlarını qorumasına imkan verməkdir; bu ölkələrə qarşı güc tətbiq etmək deyil.”

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib