Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Girnə sahillərində baş verən gəmi qəzası ilə bağlı Anadolu Agentliyinə müsahibə verib.
Baş nazir bildirib ki, həyata keçirilən əməliyyatlar nəticəsində 237 nəfər xilas edilib, 7 nəfərin nəşi tapılıb. İtkin düşən 23 nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz davam edir.
Qəzadan sonra Böhran Mərkəzinin yaradıldığını ifadə edən Ünal Üstel dövlətin bütün imkanlarının səfərbər edildiyini vurğulayıb. O, dənizdən çıxarılan yaralıların təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırıldığını qeyd edib.
"Dövlətimizin bütün qurumları hadisə yerindədir. Axtarış-xilasetmə əməliyyatlarını böyük həssaslıqla idarə edir, prosesi anbaan izləyirik", – deyə Baş nazir bildirib.



















