DÜNYA
1 dəqiqə oxuma
Myanmada 7,7 bal gücündə zəlzələ baş verib
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin cümə günü saat 06:20 GMT-də, Saqainqdən 16 km şimal-qərbdə, 10 km dərinlikdə qeydə alındığını bildirib. Zəlzələ Tailandın şimalında, Banqkokda və Çinin Yunnan əyalətində də hiss olunub.
Myanmada 7,7 bal gücündə zəlzələ baş verib
28 mart 2025

ABŞ Geoloji Xidməti (USGS) Myanmada 7,7 bal gücündə güclü zəlzələnin baş verdiyini bildirib. Paytaxt Neypyidoda yolların çatladığı, yeraltı təkanların Çin və Taylandda da hiss olunduğu qeyd olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə və 10 kilometr (6,2 mil) dərinlikdə baş verib.

Banqkokda bəzi metro və yüngül dəmir yolu xidmətləri dayandırılıb.

Neypyidodakı jurnalistlər yeraltı təkanlar nəticəsində yolların çatladığını və binalara ziyan dəydiyini bildirib.

 Yeraltı təkanlar Tailandın şimalından paytaxt Banqkoka qədər hiss olunub. Banqkokda sakinlər küçələrə axışıb.

 Məşhur turizm şəhəri Çianq Maidə yaşayan Duanqcai adlı vətəndaş jurnalistlərə açıqlamasında "Zərzələ baş verdiyi zaman yatırdım. Dərhal evdən qaçmağa çalışdım'' deyib.

Yeraltı təkanlar Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunub. Pekinin zəlzələ agentliyi isə zəlzələnin 7,9 bal gücündə olduğunu bildirib.

MƏNBƏ:TRT Global
Araşdırma
Rusiya hərbi obyektinə dəyən raketin qalıqları səbəbindən yaxınlıqdakı kəndlərdən biri boşaldılıb
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub