TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpasında yeni mərhələ
Ə.Uraloğlu Türkiyə ilə Ermənistan arasında imzalanan protokol çərçivəsində bərpa işlərinin birgə komissiyanın əlaqələndirməsi ilə həyata keçiriləcəyini bildirib
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpasında yeni mərhələ
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpasında yeni mərhələ

Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün yenidən tikilməsi üçün tender prosesinin başa çatdığını bildirib.

Körpünün Orta əsrlərin mühüm ticarət mərkəzlərindən biri olan Anidə yerləşdiyini diqqətə çatdıran Ə.Uraloğlu X əsrdə İpək Yolu üzərində inşa edilən və günümüzə qədər yalnız dayaqlarının qalıqları olan tikilini yenidən bərpa edəcəklərini qeyd edib. İpək Yolu üzərində gömrük keçid Məntəqəsi kimi tikilən körpünün əsrlər boyu Şərqlə Qərb arasındaki ticarətin mühüm keçid nöqtələrindən biri olduğuna diqqət çəkən Ə.Uraloğlu bu tikilinin tarixi və mədəni irs baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Uraloğlu körpünün orijinal quruluşunun 80 metr uzunluğa və 8 metr enə malik olduğunu bildirib. O, həmçinin tikilinin Arpaçay çayının yataq eninin 36 metrə qədər daraldığı ən dar nöqtədə yerləşdiyini qeyd edib. Körpünün 31 metr aşırımlı dairəvi tağının 1807-ci ildə uçduğunu bildirən Ə.Uraloğlu bu tikilinin mövcud olduğu dövrdə İpək Yolu marşrutunun mühüm keçid nöqtələri arasında yer aldığını xüsusi olaraq qeyd edib.

Ani körpüsünün də yer aldığı Ani Xarabalıqlarının 21 mədəniyyət obyekti ilə birlikdə 2016-cı ildə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildiyini xatırladan nazir bu tarixi tikilinin gələcək nəsillərə ötürülməsinin hədəfləndiyini ifadə edib.

Ə.Uraloğlu Türkiyə ilə Ermənistan arasında imzalanan protokol çərçivəsində bərpa işlərinin birgə komissiyanın əlaqələndirməsi ilə həyata keçiriləcəyini bildirib.

MƏNBƏ:TRT