DÜNYA
1 dəqiqə oxuma
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
Nepal-Çin sərhədində baş verən daşqınlar nəticəsində azı 1308 nəfər həyatını itirib, 5600-dən çox insan isə itkin düşüb
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi / Reuters

Nepal-Çin sərhədində baş verən daşqınlar nəticəsində azı 1308 nəfər həyatını itirib, 5600-dən çox insan isə itkin düşüb.

Bu barədə Nepalın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Çin mediası isə Tibet regionunda 21 nəfərin həlak olduğunu, 541 nəfərin itkin düşdüyünü bəyan edib.

Bununla da avqustun 26-da baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1308-ə, itkin düşənlərin sayısı isə 5624-ə yüksəlib. Həlak olanlar siyahısına Hindistan çaylarından çıxarılan 17 cəsəd hələlik daxil edilməyib.

Qeyd edək ki, 800-dən çox əcnəbinin də taleyindən xəbər yoxdur. İtkin düşənlər arasında Himalay dağlarında yürüyüşə çıxan turistlər, eləcə də hindular və buddistlər üçün müqəddəs sayılan Tibetdəki Kailaş dağına üz tutan zəvvarlar var.