DÜNYA
1 dəqiqə oxuma
''Qəzzada atəşkəsin ikinci mərhələsi yanvarın əvvəlində başlaya bilər"
Bu barədə İsrail KİV-lərinin yaydığı məlumatda bildirilib
''Qəzzada atəşkəsin ikinci mərhələsi yanvarın əvvəlində başlaya bilər"
''Qəzzada atəşkəsin ikinci mərhələsi yanvarın əvvəlində başlaya bilər" / Reuters
27 dekabr 2025

İsrail mətbuat orqanlarının yaydığı məlumata görə, Vaşinqton İsrailə və regional vasitəçilərə atəşkəs razılaşmasının ikinci mərhələsinin yanvar ayının əvvəlində başlamasının gözlənildiyini bildirib.

İsrailin “Kanal 13” telekanalı adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmisinə istinadən yaydığı xəbərdə bu ifadələrə yer verib:“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff İsrailə və vasitəçilərə Qəzza razılaşmasının ikinci mərhələsinin yanvar ayının əvvəlində başlayacağını bildirib’’.

“Kanal 13” bildirib ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın Qəzzanın silahsızlaşdırılmasını təmin etmədən növbəti mərhələyə keçə biləcəyindən narahatdır.

İsrail və Fələstininin müqavimət hərəkatı ‘‘Həmas’’ oktyabrın 9-da Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə iki mərhələli atəşkəs razılaşmasına nail olublar. Lakin Qəzza Səhiyyə Nazirliyi İsrailin atəşkəsi pozduğunu və o vaxtdan bəri ikinci mərhələyə keçiddəki gecikmələr səbəbindən 400-dən çox fələstinlinin həlak olduğunu açıqlayıb.

İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzzaya endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 71 mindən çox insan həlak olub, 171 mindən çox insan isə yaralanıb.