21 noyabr 2025
Banqladeşin paytaxtı Dəkkədə baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində üç nəfər həyatını itirib.
Bu barədə yerli polis əməkdaşı məlumat verib.
Yerli yanğınsöndürmə briqadası Dəkkə və ətraf bölgələrdə zəlzələdən ziyan görmüş yeddi tikilinin aşkar edildiyini və ən azı bir nəfərin yaralandığını açıqlayıb.
TÖVSİYƏ EDİLƏN
Banqladeş Meteorologiya Departamentinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 10:38-də (04:38 GMT) qeydə alınıb. Yeraltı təkanların episentri paytaxtdan təxminən 50 kilometr şimal-şərqdəki Narsinqdi rayonunda olub.
Zəlzələ cəmi bir neçə saniyə davam etsə də, yeraltı təkanlar Dəkkə sakinlərini binalardan çıxmağa məcbur edib.


















