Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində mülki sakinlərin ölümünə səbəb olan güclü partlayışla bağlı başsağlığı mesajı yayımlayıb.
Nazirlikdən verilib bəyanatda deyilir: "İdlibin Sarmada rayonunda müharibə qalıqlarının toplandığı sursat anbarında baş verən hadisə nəticəsində həlak olanların olduğuna dair xəbər bizi kədərləndirdi. Hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və dost Suriya xalqına başsağlığı veririk".
TÖVSİYƏ EDİLƏN
Suriya rəsmilərinin yaydığı məlumata görə, anbardakı partlayış nəticəsində azı 10 nəfər xəsarət alıb.























