Rəsmilər Hindistanın ən izdihamlı Uttar-Pradeş ştatının bir çox bölgəsini mayın 13-də fırtına, leysan və ildırım vurması nəticəsində 89 nəfərin həyatını itirdiyini bildirib.
Mart və iyun ayları arasındakı isti mövsümdə musson yağışlarının gətirdiyi sərinlikdən əvvəl ölkənin şimalında yerləşən bu ştatda tez-tez fırtınalar baş verir.
Televiziya görüntülərində küləyin təsiri ilə ağacların və reklam lövhələrinin kökündən çıxdığı, bunların bəzilərinin avtomobillərin üzərinə aşdığı, toz və dağıntı buludları müşayiəti ilə yol kənarındakı piştaxtalarda olan taxta mebellərin uçduğu görünür.
Mətbuata adının açıqlanmaması şərti ilə danışan bir rəsmi: “Fırtına, ildırım və yağış kimi hava hadisələri səbəbindən təxminən 89 nəfər həyatını itirdi”, -deyə bildirib.
Dövlət yardım rəsmisi "Reuters"ə verdiyi açıqlamada ölümlərin bir hissəsinin ağacların və ev divarlarının aşması nəticəsində baş verdiyini qeyd edib, lakin xilasetmə işləri ilə bağlı təfərrüat verməyib.
Polis İdarəsi "X" platformasından etdiyi paylaşımda: "İnzibati rəsmilərdən ibarət komandalar fəlakətdən zərər çəkmiş bölgələri mütəmadi olaraq izləyir", - ifadələrini işlədib.
Digər tərəfdən, paytaxt Yeni Dehlinin bəzi bölgələrində yağış təsirli olub və bu vəziyyət İndira Qandi Beynəlxalq Hava Limanındakı uçuş qrafikində də axsamalara səbəb olub.













