7 oktyabr 2025
Vatikanın rəsmi xəbər portalı “Vatican News”un yaydığı məlumata görə, Papa XIV Leo gələn ay başlayacaq ilk xarici səfəri çərçivəsində əvvəlcə Türkiyəyə, daha sonra isə Livana gedəcək.
Bu barədə Vatikan mətbuat ofisinin direktoru Matteo Bruni xəbər verib. O, Papa Leonun bu ilin noyabr ayının sonlarında və dekabrın əvvəlində Türkiyə və Livanı ziyarət edəcəyini açıqlayıb.
TÖVSİYƏ EDİLƏN
Qeyd edək ki, bu səfərlər Papa Leonun vəzifəyə gəldikdən sonra İtaliyadan kənara ilk rəsmi səfəri olacaq. Səfər planına əsasən, Papa 27–30 noyabr tarixlərində Türkiyədə olacaq, daha sonra isə 2 dekabradək Livanda qalacaq.
MƏNBƏ:TRT













