SİYASƏT
2 dəqiqə oxuma
Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal
Buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub
Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal
Each side accused the other of engaging in espionage. / Photo: Reuters / Reuters

  Ukrayna və Macarıstan arasında daha bir diplomatik qalmaqal yaşanmaqdadır. Buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub.

  UTX-nin yaydığı rəsmi məlumatda qeyd olunur ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatya vilayətində fəaliyyət göstərən macar hərbi kəşfiyyatçılarını ifşa edib. Onların əsas vəzifələri regionda hərbi təhlükəsizliyin vəziyyəti haqqında məlumatların toplanması, yer və hava hücumundan müdafiədə zəif nöqtələrin axtarışı, Macarıstandan mümkün bir işğal halında yerli əhalinin əhvali-ruhiyyəsinin və reaksiyalarının öyrənilməsi olub.

  Xüsusi əməliyyat çərçivəsində UTX Macarıstan kəşfiyyat xidmətinin karyera zabitinin nəzarəti altında işləyən iki agenti saxlayıb. Hər iki məhbus hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilindikləri barədə məlumatlandırılıb. Ukrayna qanunlarına görə, onları ömürlük həbs gözləyir.

  Bundan dərhal sonra Macarıstan Xarici İşlər Nazirliyi öz kəskin mövqeyini açıqlayıb. Ölkənin xarici işlər naziri Peter Siyarto feysbuk səhifəsində bəyanat verərək bu addımı Ukraynanın qərəzli təbliğatı kimi qiymətləndirib. Buna cavab olaraq Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarıb. Siyartonun sözlərinə görə, tammiqyaslı işğalın başlanmasından sonra Ukraynada antimacar təbliğatı getdikcə güclənib. İndiki macarlara qarşı böhtan kampaniyasının səbəbi də əvvəlkilərlə eynidir.

  Siyarto müraciətində Ukrayna Təhlükəsizlik Xidmətinin Ukrayna tarixində ilk dəfə olaraq ölkə ərazisində casusluq fəaliyyəti həyata keçirən xarici agentlər şəbəkəsini - Macarıstan hərbi kəşfiyyatını ifşa etməsi xəbərini qeyd etməyib. Ancaq kontekstdən aydın olur ki, nazir məhz bunu nəzərdə tutmuş ola bilər. Macarıstanın xarici işlər naziri “Onlar macarlara qarşı qarayaxma kampaniyasına dözə bilməzlər” deyib.

  “Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki kəşfiyyatçını ölkədən çıxardıq. Müvafiq qərar və Nota Ukraynanın Budapeştdəki səfirinə təqdim edilib”, - deyə nazir bildirib.

  Ukrayna da Macarıstanın hərəkətlərinə cavab olaraq iki macar diplomatı ölkədən çıxarır. Onlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa “X” sosial şəbəkəsində məlumat verib.

MƏNBƏ:trt global
Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"