SİYASƏT
2 dəqiqə oxuma
ABŞ: Parisdəki Suriya-İsrail danışıqları dialoq və gərginliyin azaldılması ilə nəticələndi
ABŞ nümayəndəsi Tom Barrack Suriyanın cənubunda gərginliyin artması fonunda keçirilən görüş zamanı tərəflərin səyləri davam etdirməyə razı olduğunu bildirdi
ABŞ: Parisdəki Suriya-İsrail danışıqları dialoq və gərginliyin azaldılması ilə nəticələndi
Parisdə Suriya -İsrail görüşləri / AP

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack Parisdə Suriya və İsrail rəsmiləri arasında keçirilən görüşün Suriyanın cənubunda baş verən son zorakılıqlardan sonra dialoq və gərginliyin azaldılması istiqamətində irəliləyişə səbəb olduğunu bildirib.

T.Barrak “X” platformasından etdiyi paylaşımda “Bu axşam Parisdə suriyalılar və israillilərlə görüşdüm. Məqsədimiz dialoq və gərginliyin azaldılması idi və biz bunu dəqiq şəkildə həyata keçirdik. Bütün tərəflər bu səyləri davam etdirmək öhdəliklərini bir daha təsdiqlədilər” deyib.

Hələlik nə Suriya, nə də İsrail tərəfdən rəsmi təsdiq gəlməyib. Lakin media məlumatlarına görə, İsrailin Strateji İşlər üzrə naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybaninin danışıqlarda iştirak edəcəklərinin gözlənildiyi bildirilib.

Süveyda bölgəsində ölümcül qarşıdurmalar

ABŞ Dövlət Departamentinin müavini sözçüsü Tommy Pigott mətbuat brifinqində Barrack və dövlət katibi Marko Rubionun Paris görüşündən əvvəl bir neçə gün ərzində hər iki tərəflə əlaqədə saxladıqlarını təsdiqləyib.

O, “Suriya kritik bir mərhələdədir və Suriya hökumətindən bu addımlara rəhbərlik etməsini gözləyirik” deyib.

Qeyd edək ki, Suriya və İsrail arasında gərginlik iyulun 13-dən bəri artıb. Həmin vaxt Süveyda bölgəsində Bədəvi ərəb tayfaları ilə Druz qrupları arasında toqquşmalar baş verib.

Zorakılıq sürətlə artaraq İsrailin Suriya hərbi obyektlərinə və infrastrukturuna, o cümlədən Dəməşqdə hava zərbələri endirməsinə səbəb olub. İsrail bu hücumların druz icmalarını qorumaq məqsədi daşıdığını iddia etsə də, Suriyadakı druzların liderləri xarici müdaxiləni açıq şəkildə rədd ediblər.

Tərəflər arasında iyulun 19-da atəşkəs əldə edilib.

Araşdırma
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ prezidenti D.Tramp ilə Venesuelanın müvəqqəti dövlət başçısı D.Rodriqez görüş keçiriblər
Fələstin dövlət rəsmisi N.Rudeyne M.Abbasın BMT-də iştirakının qarşısının alınması ilə bağlı danışıb
Qərbi Trakiya türklərindən N.Papaioannunun türk dili ilə bağlı sözlərinə reaksiya
E.Börnhem İordan çayının qərb sahili və Qəzzadakı vəziyyəti qiymətləndirib