SİYASƏT
2 dəqiqə oxuma
ABŞ Paris rəhbərliyinin Fələstini tanımaq qərarından narahatdır
Emmanuel Makronun Fələstin qərarı Vaşinqton rəhbərliyi tərəfindən xoş qarşılanmadı
ABŞ Paris rəhbərliyinin Fələstini tanımaq qərarından narahatdır
Vaşinqton / Reuters

ABŞ Dövlət katibi Marko Rubio Fransa prezidentinin BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bəyan etməsinə sərt reaksiya verib. M.Rubio bu addımın “Həmas”ı cəsarətləndirdiyini və sülh prosesini çətinləşdirəcəyini deyərək Vaşinqton rəhbərliyinin Emmanuel Makronun planına qəti şəkildə qarşı çıxdığını bildirib.

M.Rubio 25 iyul axşamı (bu gün) “X” platformasında yaydığı açıqlamada yazıb:
“Amerika Birləşmiş Ştatları prezident Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir. Bu məsuliyyətsiz qərar yalnız “Həmas”ın təbliğatına xidmət edir və sülh cəhdlərini geri salır. Bu, 7 oktyabr hücumunun qurbanlarına bir təhqirdir.”

Xatırladaq ki, E.Makron həmin gün Nyu-Yorkda keçirilən dünya liderlərinin illik görüşündə çıxışı zamanı Fələstin prezidenti Mahmud Abbasa ünvanladığı açıq məktubda belə yazmışdı:
“Sizin öhdəlikləriniz fonunda bu ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatıldığım zaman Fransa Respublikasının Fələstini suveren dövlət kimi tam şəkildə tanıyacağını təsdiq etməkdən şərəf duyaram. Bununla Fransa Yaxın Şərqdə sülhə ciddi töhfə vermiş olacaq və beynəlxalq tərəfdaşlarını da bu istiqamətdə hərəkətə keçməyə təşviq edəcək.”

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də “X” platformasında istehzalı paylaşım edərək yazıb:
“E.Makron Fələstin dövlətini birtərəfli şəkildə elan edərkən bu dövlətin harada yerləşəcəyini bildirmədi. Mən indi rəsmi olaraq açıqlaya bilərəm ki, Fransa yeni dövlət üçün Lazur sahilini təqdim edəcək və onun adı “Frank-an-Stin” olacaq.”

 

Fransa G7 ölkələri arasında ilk olacaq

Qeyd edək ki, əgər E.Makronun planı sentyabrda gerçəkləşərsə, Fransa dünyanın ən inkişaf etmiş ölkələrinin yer aldığı G7 qrupunda Fələstini tanıyan ilk üzv dövlət olacaq. Hazırda BMT-nin 193 üzvündən 147-si Fələstin dövlətini rəsmi olaraq tanıyıb.

Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin sədri Hüseyn əl-Şeyx Fransa qərarını alqışlayaraq, bunu “Fransanın beynəlxalq hüquqa sadiqliyinin və Fələstin xalqının öz müqəddəratını təyin etmə haqqına verdiyi dəstəyin göstəricisi” kimi qiymətləndirib.

MƏNBƏ:TRT Global
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib