TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Türkiyənin XİN rəhbəri dövlətləri daha güclü həmrəyliyə səsləyərək bildirib ki, Qəzzada yaşanan faciə beynəlxalq sistemin uğursuzluğudur
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
H.Fidan BMT-ni islahat aparmağa çağırıb / AA

Türkiyə xarici işlər naziri Hakan Fidan qlobal nizamın “dərinləşən iflic” vəziyyəti yaşadığını, bunun beynəlxalq qurumlara olan etimadı sarsıtdığını və dövlətləri birtərəfli addımlar atmağa vadar etdiyini bildirib. Nazir bu vəziyyəti “legitimlik böhranı” kimi xarakterizə edib.

Noyabrın 1-də (bu gün) İstanbulda keçirilən “TRT World” Forumunda çıxış edən H.Fidan tərəfdaşlıq və inklüzivlik prinsiplərinə əsaslanan güclü və islahat olunmuş beynəlxalq sistem qurulmasına çağırış edib. Nazir H.Fidan deyib: “Dünya təkqütblü sistemdən uzaqlaşır. Belə olduğu halda yeni nizamı çoxtərəflilik prinsipi üzərindəmi qurulacaq, yoxsa dağıdıcı rəqabət dövrünəmi qayıdılacaq? Bu gün üzləşdiyimiz əsas problem qaydaların olmaması deyil, onların bərabər şəkildə tətbiq edilməməsidir.”

H.Fidan xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) köklü şəkildə islahat edilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, bu qurum getdikcə öz qurulma prinsipinin vədlərini yerinə yetirməkdə çətinlik çəkir.

XİN rəhbəri əlavə edib ki, Türkiyə bir neçə ölkəni imtiyazlı vəziyyətə salmaq əvəzinə, çoxluğu gücləndirən daha demokratik və təmsilçi bir BMT Təhlükəsizlik Şurasının yaradılmasının tərəfdarıdır.

 

Qəzzadaki atəşkəs

Orta Şərq mövzusuna da toxunan H.Fidan çıxışı sırasında deyib: “Legitimliyin itirilməsi və qlobal idarəetmədəki iflic vəziyyətinin ən faciəvi təzahürü məhz Qəzzada müşahidə olunur.”

Nazir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baxışları istiqamətində rəsmi Ankara soyqırımın dayandırılması və ədalətin bərqərar olması üçün diplomatik səylərə rəhbərlik edir. Buna Qəzza məsələsində İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Birgə Əlaqə Qrupunun yaradılması da daxildir.

H.Fidan Nyu-York və Şarm əl-Şeyxdə keçirilən son görüşləri “sülh istiqamətində atılmış mühüm addımlar” kimi qiymətləndirib, lakin İsrailin davam edən hücumları səbəbindən atəşkəsin hələ də həssas olduğunu vurğulayıb.

Sonda isə XİN rəhbəri bildirib ki, ədalətli və daimi sülh yalnız iki dövlətli həllin həyata keçirilməsi və Qəzzanın fələstinlilər tərəfindən idarə olunması ilə mümkündür.

MƏNBƏ:TRT
Araşdırma
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
Prezident Ərdoğan: "Təhlükəsiz qidaya çıxışı milli təhlükəsizliyimizin əsas hissəsi kimi görürük"
Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın açıqlamalarına reaksiya göstərib
Prezident R.T.Ərdoğan "Türk Dünyası Gənclər Görüşü"  münasibəti ilə video müraciət ünvanlayıb
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi
Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriyanın xarici işlər naziri ilə görüşüb
Milli Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirilməsi müzakirə olunub
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb