DÜNYA
1 dəqiqə oxuma
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
Hadisəni törədənlərin müəyyən edilməsi və yaxalanması üçün genişmiqyaslı axtarış-yoxlama əməliyyatına başlanılıb
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
Suriyanın Həma şəhərində törədilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub.

Suriyanın mərkəzi hissəsində yerləşən Həma vilayətində şəxsiyyəti məlum olmayan silahlı şəxslərin törətdiyi hücumda 4 təhlükəsizlik əməkdaşının hayatını itirdiyi bildirilib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, şəxsiyyətləri hələ ki müəyyənləşdirilə bilməyən silahlı şəxslər Həma şəhərində təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil ediblər.

Hücum nəticəsində 4 təhlükəsizlik heyəti mənsubu həyatını itirib.

Hadisədən dərhal sonra cinayətkarların müəyyən olunması və saxlanılması məqsədilə genişmiqyaslı axtarış-yoxlama əməliyyatına start verilib.