DÜNYA
1 dəqiqə oxuma
Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, bu addım Buxarestin rusiyalı diplomata qarşı analoji qərarına cavab olaraq atılıb
Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib
Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non qrata" (arzuedilməz şəxs) elan edib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, bu addım Buxarestin rusiyalı diplomata qarşı analoji qərarına cavab olaraq atılıb.

Bəyanatda Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burdanın nazirliyə çağırıldığı vurğulanıb.

Bəyanatda həmçinin Rumıniyanın Moskvadakı səfirlik əməkdaşının "persona non qrata" elan edildiyinə dair diplomatik notanın qarşı tərəfə təqdim olunduğu bildirilib.

Xatırladaq ki, Rumıniya son günlərdə ərazisinə 3 pilotsuz uçuş aparatının düşməsini əsas gətirərək bir Rusiya diplomatını ölkədən çıxarmaq qərarı almış və Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan etmişdi.