SİYASƏT
1 dəqiqə oxuma
Lavrov: "Rusiya yazılı təhlükəsizlik zəmanətləri verməyə hazırdır"
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Ukrayna müharibəsindən diqqəti Fələstin də daxil olmaqla digər vacib məsələlərdən yayındırmaq üçün istifadə etməkdə günahlandırıb
Lavrov: "Rusiya yazılı təhlükəsizlik zəmanətləri verməyə hazırdır"
Rusiya xarici işlər naziri Sergey Lavrov / AP

Rusiya NATO və ya Aİ üzvlərinə qarşı heç bir "aqressiv planı" olmadığını və bu məqsədlə yazılı zəmanətlər verməyə hazır olduğunu bir daha ifadə edib.

Moskvada səfirlər və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən dəyirmi masa görüşündə çıxış edən xarici işlər naziri Sergey Lavrov deyib: "Prezident Putinin açıq şəkildə bildirdiyi kimi, Moskvanın nə NATO, nə də Aİ üzvlərinə qarşı heç bir aqressiv planı yoxdur. Biz bu zəmanətləri yazılı, hüquqi sənəddə rəsmiləşdirməyə hazırıq. Əlbəttə ki, kollektiv və qarşılıqlı əsasda".

Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov arasında Moskvada keçirilən son danışıqlar avqust ayında Alyaska sammitindən sonra iki ölkə arasında yaranan "anlaşılmazlıqlar və kommunikasiya pozuntularını" həll edib.

Lavrov həmçinin Rusiya tərəfinin Vaşinqtonla sammitdə əldə edilən razılaşmaları davam etdirdiyini və kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı "əlavə təkliflər" təqdim etdiklərini bildirib və əlavə edib: "Təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqların yalnız Ukrayna ilə məhdudlaşmayacağını başa düşürük".

Lavrov bildirib ki, Rusiya kollektiv kontekstdə formalaşdırılmış və hüquqi cəhətdən məcburi müqavilələrin bağlanmasına gətirib çıxaracaq bütün mövcud təklifləri nəzərdən keçirməyə hazırdır və bir böhranın dərhal digərinin ardınca gəlməsini istəmirik".

O, həmçinin Qərb ölkələrini davam edən Rusiya-Ukrayna münaqişəsindən "diqqəti qlobal ictimaiyyətin üzləşdiyi digər vacib məsələlərdən, o cümlədən Fələstindən yayındırmaq" üçün "istifadə etməkdə" günahlandırıb.

Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib