Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Daxili İşlər Nazirlərinin 3-cü iclası ilə bağlı açıqlama verib.
Nazir görüşdə türk dövlətləri arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı daha da gücləndirəcək vacib məsələlərin müzakirə olunduğunu söyləyib.
M. Çiftçi deyib: ‘‘Xalqlarımızın sülh və əmin-amanlığı naminə çiyinlərimizdəki böyük məsuliyyəti dərk edərək çalışırıq’’.
"İnterpol" və "Europol"a bənzər strukturun yaradılacağını vurğulayan Çiftçi türk dövlətləri arasında "TÜRKPOL" adı altında ortaq təşkilatın qurulmasını təklif etdiyini açıqlayıb. O, bu təşəbbüsün iclasda iştirak edən Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən çox müsbət qarşılandığını qeyd edib.
Təklif etdikləri Cinayətkarlıqla Mübarizə Şurasının yaradılmasının birgə bəyannaməyə daxil edildiyini qeyd edən M. Çiftçi bildirib ki, şura terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti, qanunsuz miqrasiya və qanunsuz qumarla mübarizədə ortaq imkanları artıracaq. Şuranın yaradılmasına dair sazişi gələn ay cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammitində imzalamağı hədəfləyirik.


















