DÜNYA
1 dəqiqə oxuma
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır
İraq hökuməti ölkədəki bütün silahlı qruplaşmaların 2027-ci ilin iyun ayınadək tərksilah edilməsi ilə bağlı yeni plan təqdim edib
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır

İraq hökuməti ölkədəki bütün silahlı qruplaşmaların 2027-ci ilin iyun ayınadək tərksilah edilməsi ilə bağlı yeni plan təqdim edib.

Yerli media orqanlarının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn layihənin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib. O qeyd edib ki, əsas məqsəd ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin geri çəkilməsindən sonra qeyri-qanuni silahların dövlət nəzarəti altında toplanması prosesini 2027-ci ilin iyun ayına qədər başa çatdırmaqdır. Nazir bu prosesin İraqın daxili məsələsi olduğunu vurğulayıb.

İraqın Baş naziri daha əvvəl verdiyi bəyanatda ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədən tamamilə çıxarıldığını ifadə etmişdi.

Hökumət başçısı konstitusiya öhdəliklərinə əməl olunacağını, bu məqsədlə aydın yol xəritəsi və vaxt cədvəlinin hazırlandığını qeyd etmişdi.