TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İsrailin Qlobal Qətiyyət Donanmasına müdaxiləsini pislədi
Türkiyə İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Qətiyyət Donanmasına müdaxiləsini kəskin şəkildə pisləyib və bu hadisəni mülki əhalini təhlükə altına atan ‘‘terror aktı’’ kimi qiymətləndirib
Türkiyə İsrailin Qlobal Qətiyyət Donanmasına müdaxiləsini pislədi
Türkiyə İsrailin Qlobal Qətiyyət Donanmasına müdaxiləsini pislədi / TRT World and Agencies
2 oktyabr 2025

Türkiyə İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Qətiyyət Donanmasına müdaxiləsini kəskin şəkildə pisləyib və bu hadisəni mülki əhalini təhlükə altına atan ‘‘terror aktı’’ kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, heç bir zorakılığa əl atmadan dinc məqsədlərlə hərəkət edən mülki şəxslərin hədəf alınması Qəzzanı aclığa məhkum edən B.Netanyahu hökumətinin yürütdüyü faşist və militarist siyasətin yalnız fələstinlilərlə məhdudlaşmadığını, eyni zamanda İsrail zülmünə qarşı çıxan bütün şəxsləri hədəf aldığını göstərir.

Nazirlik onu da qeyd edib ki, İsrail qüvvələri tərəfindən saxlanılan Türkiyə vətəndaşlarının və digər sərnişinlərin dərhal azad olunması üçün bütün zəruri diplomatik təşəbbüslərə start verilib.

Qlobal Qətiyyət Donanmasının Türkiyə nümayəndəliyi İsrailin beynəlxalq sularda silahsız humanitar işçilərə qarşı müdaxiləsini qanunsuz və qəbuledilməz adlandıraraq kəskin şəkildə pisləyib.

Nümayəndə heyətinin verdiyi məlumata görə, İsrail əsgərləri yerli vaxtla saat 20:30 radələrində “Alma”, “Sirius” və “Adara” gəmilərinə qeyri-qanuni şəkildə daxil olub, gəmi rabitə sistemlərini qəsdən kəsib və təcili yardım çağırışlarının göndərilməsinin qarşısını alıblar.

Bəyanatda vurğulanır ki, bir neçə gəminin ələ keçirilməsinə baxmayaraq Qlobal Qətiyyət Donanması Qəzza sahillərindən 60 dəniz mili uzaqlıqda öz missiyasını davam etdirir.

Nümayəndə heyəti hökumətləri, dünya liderlərini və beynəlxalq təşkilatları gəmidə olanların təhlükəsizliyini təmin etmək və onların azad olunması üçün dərhal tədbirlər görməyə çağırıb. Eyni zamanda, vəziyyətin diqqətlə izlənməsinin vacibliyi qeyd olunub.

Rəsmi Ankara da dəfələrlə beynəlxalq ictimaiyyəti humanitar yardım karvanlarını qorumağa və yardımların bölgəyə maneəsiz şəkildə çatdırılmasını təmin etməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı yaydığı açıqlamada bu hücumun Qəzzanı aclığa məhkum edən Netanyahu hökumətinin yürütdüyü faşist və militarist siyasətin təkcə fələstinlilərə deyil, İsrail zülmünə qarşı çıxan bütün insanlara qarşı yönəldiyini bir daha nümayiş etdirdiyini bildirib.

Rəsmi qurumlar donanmanın üzvləri arasında vətəndaşları olan digər ölkələrlə və humanitar təşkilatlarla koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini vurğulayıblar.