TÜRKİYƏ
2 dəqiqə oxuma
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Aİ-nin Türkiyə nümayəndəliyinin rəhbəri, səfir Aivo Orav Trabzonda açıqlama verib
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Aİ-nin Türkiyədəki Nümayəndəliyinin rəhbəri, səfir Aivo Orav Trabzonda

Avropa İttifaqının (Aİ) Türkiyə Nümayəndəliyinin rəhbəri, səfir Aivo Orav Aİ və Türkiyə münasibətlərinin yalnız Ankara və Brüsseldən ibarət olmadığını bildirib.

Müxtəlif tədbirlərdə iştirak etmək üçün bəzi Aİ üzvü olan ölkələrin səfirləri ilə birlikdə şəhərə gələn Orav Trabzon valisi Tahir Şahini iş otağında ziyarət edib.

Səfir Orav görüşdən sonra verdiyi açıqlamada Aİ üzvü olan dövlətlərin səfirləri ilə Trabzonda çox yaxşı qarşılandıqlarını söyləyib.

Orav Aİ və Türkiyə əlaqələrinin yalnız Ankara və Brüsseldən ibarət olmadığına diqqət çəkərək deyib:

"Bu münasibətlər şəhərlər, iş dünyası, cəmiyyətlər və insanlar arasında həyata keçirilir. Əlaqələrimiz də xeyli xüsusidir. Xüsusilə Türkiyənin Avropa İttifaqına namizəd ölkə olması və hazırda dünyada baş verən hadisələrə görə son dərəcə özəl bir münasibətimizin olduğunu deyə bilərik. Sırf buna görə də Türkiyənin Avropa İttifaqına, Avropa İttifaqının da Türkiyəyə ehtiyacı var. Ticarətdən enerjiyə, iqlimdən regional əməkdaşlığa qədər paylaşdığımız bir çox ortaq maraq sahələrimiz mövcuddur”.

Orav Trabzonda iş adamları, gənclər, vətəndaş cəmiyyəti təşkilatları və mədəniyyət sahəsindən olan aktyorlarla görüşəcəklərini və bu gün axşam “Trabzonspor” ilə İrlandiyanın “Drogheda United” komandası arasında keçiriləcək yoldaşlıq oyununu izləyəcəklərini bildirib. O, əlavə edib ki, çatdırmaq istədiyimiz mesaj olduqca sadədir. Avropa İttifaqı ilə Türkiyə arasındakı güclü əlaqələr insanlar arasında qurulan güclü əlaqələrdən asılıdır".

Orav Trabzonda cəmi 2,5 gün ərzində çoxlu dost qazanacaqlarına inandığını bildirib və Trabzonda olmaqdan çox məmnun olduğunu qeyd edib.