DÜNYA
2 dəqiqə oxuma
Ağır yaralanmış fələstinli uşaqlar ABŞ-da müalicə olunur
Qəzzadan gələn üç fələstinli qız Bostonun Loqan Beynəlxalq Hava Limanında könüllülər tərəfindən qarşılanıb
Ağır yaralanmış fələstinli uşaqlar ABŞ-da müalicə olunur
Bu qrup, bu həftə ABŞ-a HEAL Palestine tərəfindən gətirilmiş 11 fələstinli uşağa qoşulur. / Foto: wbur.org / Others

Bostonun Loqan Beynəlxalq Hava Limanı emosional anlara şahidlik edib. Qəzzadan gələn üç fələstinli qız Bostonun Loqan Beynəlxalq Hava Limanında könüllülər tərəfindən qarşılanıb.

Üç uşaq və onların ailələri genişmiqyaslı evakuasiya əməliyyatı çərçivəsində müalicə üçün ABŞ-a aparılıb. Bu təxliyəyə dəstək verən qeyri-hökumət təşkilatı bildirib ki, evakuasiya edilənlər arasında İsrailin törətdiyi hava hücumu nəticəsində ağır yaralanan 14 yaşlı Rahaf əl-Dalou da var. Onu hava limanında xalası Xəlili qarşılayıb.

Xəlili deyib: “Rahaf mənim bir parçam, Qəzzənin bir parçasıdır. Bu mənim üçün çox ağırdır, çünki vəfat edən bacımı, onun uşaqlarını və öz övladlarımı xatırlayıram.”

Xəlili bir ildən çoxdur ki, ABŞ-ın Dallas ştatında yaşayır və ayağı amputasiya olunmuş qohumu Adəmə tibbi yardım göstərir.

O, Qəzzadakı yeddi qızı və digər qohumları ilə sıx əlaqə saxladığını, onların çox qorxduğunu bildirib
“Onlar çox qorxurlar və acdırlar. Son dəfə telefonda danışanda nə qədər arıqladıqlarını gördüm, çünki kifayət qədər qida qəbul etmirlər’’,-deyə Xəlili söyləyib.

Qeyd edək ki, bu günə qədər ABŞ-ın səhiyyə müəssisələrinə 62 fələstinli uşaq qəbul olunub. Amputasiya və ya ağır yanıq xəsarətləri alan uşaqların bir çoxu müalicə müddətində xəstəxanalarda qalacaq.

İsrailin mart ayında ‘‘Həmas’’ müqavimət hərəkatı ilə atəşkəs razılaşmasını dayandırması nəticəsində Qəzzaya ərzaq və zəruri ləvazimatların girişinə ciddi məhdudiyyətlər qoyulub. Bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub.

Fələstin Səhiyyə Nazirliyinin avqustun 1-də verdiyi məlumata görə, Qəzzada daha 7 fələstinli aclıq səbəbindən həyatını itirib. 2023-cü ilin oktyabrından bəri isə 93-ü uşaq olmaqla ən azı 169 nəfər aclıq və qida çatışmazlığından ölüb.

Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatına görə, Qəzzada hər dörd fələstinlidən biri aclıqla üzləşir. Təxminən 100 min qadın və uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlarda əksəriyyəti qadın və uşaq olmaqla 61 mindən çox fələstinli həlak olub.

Ekspertlər isə Qəzza rəsmilərinin açıqladığı rəqəmlərin dəqiq olmadığını bildirir və ölənlərin real sayının təxminən 200 min civarında olduğunu qeyd edirlər.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi