TÜRKİYƏ
3 dəqiqə oxuma
Ərdoğan Küveyt Əmiri ilə görüşündə Qəzzada atəşkəsin qorunmasının vacibliyini vurğulayıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzada İsrail ilə Fələstinin müqavimət təşkilatı HƏMAS arasında çətin şəraitdə əldə edilən atəşkəsin qorunmasının kritik əhəmiyyət daşıdığını bildirib
Ərdoğan Küveyt Əmiri ilə görüşündə Qəzzada atəşkəsin qorunmasının vacibliyini vurğulayıb
Ərdoğan-Küveyt Əmiri / AA
22 oktyabr 2025

Küveytdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşündə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzada İsrail ilə Fələstinin müqavimət təşkilatı HƏMAS arasında çətin şəraitdə əldə edilən atəşkəsin qorunmasının kritik əhəmiyyət daşıdığını bildirib.

Ərdoğan Küveytə rəsmi səfəri çərçivəsində bu ölkənin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşüb. İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasında: “Prezident Ərdoğan Qəzzada çətinliklə əldə edilən atəşkəsin qorunmasının kritik əhəmiyyətini, davamlı sülh üçün iki dövlətli həllin vacib olduğunu və İslam dünyasının həmişə olduğu kimi bu mövzuda vahid mövqe nümayiş etdirməsinin çox vacib olduğunu vurğuladı” deyilib.

Açıqlamada Ərdoğanın "Türkiyə Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qorumaqda qərarlıdır və Suriya xalqı üçün parlaq bir gələcək qurmaq üçün qardaş ərəb dövlətləri ilə birlikdə çalışmaq istəyir" ifadəsi də vurğulanıb.

İkitərəfli əlaqələrə gəlincə, Ərdoğan Türkiyə ilə Küveyt arasında investisiya, enerji, ticarət və müdafiə sənayesi sahələrində mövcud əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirib.

Açıqlamada həmçinin “Prezident Ərdoğan dərin köklü əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirdi” deyilib:

Dövlət başçısı onu da deyib ki, Körfəz Əməkdaşlıq Şurasının hazırkı sədri Küveytin regional sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri məmnunluqla qarşılayırıq. Hazırda Türkiyə ilə Körfəz ölkələri arasında müzakirələr aparılan Azad Ticarət Sazişi qardaş Körfəz ölkələri ilə ticarət əlaqələrimizin inkişafına töhfə verəcək.

Türkiyə ilə Küveyt arasında dörd müqavilə imzalanıb

Ərdoğan və Şeyx Məşəlin iştirakı ilə Türkiyə ilə Küveyt arasında 4 müqavilə imzalanıb.

Küveytin Bayan sarayında keçirilən ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdən sonra iki ölkə arasında müxtəlif müqavilələrin imzalanması mərasimi keçirilib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Küveytin Daxili İşlər Nazirliyi arasında dəniz daşımalarına dair saziş və dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair anlaşma memorandumu xarici işlər naziri Hakan Fidan və Küveytin daxili işlər naziri Şeyx Fəhad Yusuf Səud Əl Sabah tərəfindən imzalanıb.

Türkiyə ilə Küveyt arasında enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və Küveytin elektrik, su və bərpa olunan enerji naziri Subaih Əbdüləziz Əbdülmohsen Əl-Muhaizəm tərəfindən imzalanıb.

Bundan başqa, Prezident yanında İnvestisiya İdarəsi tərəfindən təmsil olunan Türkiyə ilə Küveyt Birbaşa İnvestisiyaların Təşviqi Agentliyi (KDIPA) tərəfindən təmsil olunan Küveyt arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu Türkiyə İnvestisiya İdarəsinin rəhbəri Əhməd Burak Dağlıoğlu və KDIPA-nın baş direktoru Şeyx Meşal tərəfindən imzalanıb.

Oktyabrın 21-də Küveytdə rəsmi mərasimlə qarşılanan Ərdoğan Məşəl ilə də heyətlərarası görüşlər keçirib.

Ərdoğan həmçinin Məşələ Türkiyənin yerli istehsalı olan "Togg" elektromobilinin maketini də hədiyyə edib.

Araşdırma
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
B.Netanyahu Prezident R.T.Ərdoğanı hədəf alan açıqlamalarına görə tənqid atəşinə tutuldu
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı 10 illik tranzit viza problemi həll olundu
Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasında əldə olunan atəşkəsi alqışladı
Prezident R.T.Ərdoğan “Roketsan”ın yeni istehsal müəssisələrinin açılış mərasimində iştirak edib
H.Fidan və M.İ.Dar arasında telefon danışığı baş tutub
İstanbulda polisə hücum edən üç terrorçu zərərsizləşdirilib
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır
Türkiyə dövləti Səudiyyə Ərəbistanı ilə tranzit ticarətə başlayır
Prezident R.T.Ərdoğan Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib
Prezident R.T.Ərdoğan ilə NATO-nun Baş katibi M.Rutte arasında telefon danışığı baş tutub
Türkiyə istehsalı olan “MİLGEM” korveti Pakistan Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib
Prezident R.T.Ərdoğan V.Zelenskini İstanbulda qəbul edib
V.Zelenski Prezident R.T.Ərdoğanla görüşmək üçün İstanbula səfər edib
Türkiyə dövləti NATO-nun 77-ci ildönümünü qeyd edir
Prezident R.T.Ərdoğan ilə V.Putin arasında telefon danışığı baş tutub