TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Qətər arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Türkiyə-Qətər Ali Strateji Komitəsinin XI iclası çərçivəsində Türkiyə və Qətər arasında bir sıra sazişlər və birgə bəyannamələr imzalanıb
Türkiyə və Qətər arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Türkiyə və Qətər arasında əməkdaşlığa dair sənədlər imzalanıb
22 oktyabr 2025

Türkiyə-Qətər Ali Strateji Komitəsinin XI iclası çərçivəsində Türkiyə və Qətər arasında bir sıra sazişlər və birgə bəyannamələr imzalanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Saninin həmsədrliyi ilə çərşənbə günü Dohada keçirilən Ali Strateji Komitənin XI iclası zamanı iki ölkə arasında müxtəlif sazişlər imzalanıb.

İclasdan əvvəl iki lider Əmirliklər Şurasında təkbətək görüş keçirib və nümayəndə heyətləri arasında baş tutan görüşlərə sədrlik ediblər.

“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitəsinin XI iclasının Birgə Bəyannaməsi”ni Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani imzalayıblar.

“Türkiyə Respublikasının Strareji və Büdcə Rəhbərliyi ilə Qətər Dövləti arasında Strateji İnkişaf Planının Müxtəlif Sahələrində Əməkdaşlıq və Təcrübə Mübadiləsi üzrə Anlaşma Memorandumu”nu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat və Qətər Milli Şurasının baş katibi Əbdüləziz Bin Nasır Əl Xəlifə imzalayıblar.

“Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə Qətər Dövlətinin Ticarət və Sənaye Nazirliyi arasında Birgə Nazirlər Bəyannaməsi”ni Türkiyənin ticarət naziri Ömər Bolat və Qətərin ticarət və sənaye naziri Şeyx Feysəl bin Tani Əl Sani imzalayıblar.

“Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”nu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün və Qətər Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən bin Əli Al Sani imzalayıblar.

Prezident Ərdoğan daha sonra Körfəz turu çərçivəsində son dayanacağı olan Omana yola düşüb.

Araşdırma
Böyük Britaniyanın Ankaradakı səfiri: "Türkiyənin Suriyadakı hadisələrdəki rolu çox kritikdir"
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Ərdoğan Əl-Faşerdə mülki əhaliyə qarşı törədilən qırğınları pisləyib
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Türkiyənin Monteneqrodakı səfiri Podqoritsadakı hücuma münasibət bildirib
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Sudana çağırış etdi
Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''
Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
''Altay'' tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Baş naziri Türkiyədə səfərdədir
R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''
Ərdoğan: "HƏMAS-ın əməl etdiyi atəşkəs qərarını İsrail pozmağa davam edir"
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb