SİYASƏT
2 dəqiqə oxuma
Tailandın baş naziri etimad səsverməsindən qurtuldu
Paetonqtarn Şinavatra qohumbazlıq və siyasi uğursuzluq ittihamlarına baxmayaraq, müxalifətin başlatdığı etimadsızlıq səsverməsində qalib gələrək baş nazir vəzifəsi postunda qalmağı bacardı.
00:00
Tailandın baş naziri etimad səsverməsindən qurtuldu
/ Reuters

Tailandın baş naziri Paetonqtarn Şinavatra çərşənbə günü parlamentdə etimad səsverməsində qalib gəlib. Müxalifət onu milyarder atası və keçmiş baş nazir Taksin Şinavatranın təsiri altında olmaqla ittiham edərək vəzifədən uzaqlaşdırmaq istəmişdi.

İki gün davam edən interpelyasiya zamanı 38 yaşlı Paetonqtarn idarəçilik bacarığı və təcrübəsizliyi müzakirə edilib. Lakin səsvermədə deputatlar 319 lehinə 162 səslə rədd edib, 7 deputat bitərəf qalıb.

Etimad səsverməsindən sonra baş nazir “Facebook” üzərindən tərəfdarlarına təşəkkür edərək bildirib. Sitat: “Lehimə və əleyhimə verilmiş bütün səslər məni xalq üçün daha çox işləməyə sövq edən qüvvə olacaq”.

Tayland siyasətində ən nüfuzlu, lakin mübahisəli fiqurlardan biri olan Taksin Şinavatra 15 illik sürgündən sonra 2023-cü ildə ölkəsinə qayıdıb.

Keçmişdəki korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə səkkiz illik həbs cəzası almasına baxmayaraq, o, cəmi bir neçə ay polis xəstəxanasında yatdı və sonra kral tərəfindən əfv olundu. Bu hadisə onun cəzasının yüngülləşdirilməsi üçün pərdə arxasında sövdələşmə edildiyi barədə şayiələri artırıb.

Qeyd edək ki, 75 yaşlı Taksin 2001-2006-cı illərdə hakimiyyəti dövründə iqtisadi cəhətdən güclənərək hələ də milyonlarla kasıb Tayland arasında populyar olaraq qalmağa edir. Bununla belə, krallığın mühafizəkar elitası onu korrupsioner və manipulyasiya edən biri hesab edir.

Paetonqtarn Şinavatra keçən il Pheu Thai Partiyasının rəhbərlik etdiyi koalisiya hökumətinin başçısı vəzifəsini icra edib. Onun partiyası atası Taksin tərəfindən qurulan siyasi hərəkatın son halı kimi tanınır. Bundan əvvəlki baş nazir Srettha Thavisin məhkəmənin qərarı ilə vəzifəsindən azad edildikdən sonra Paetonqtarn baş nazir kürsüsünə keçib.

Müxalifətdəki Xalq Partiyasının sözçüsü Rangsiman Rome parlamentdə Paetonqtarnı interpelasiya sessiyası zamanı, atasına qarşı ayrı-seçkilikdə ittiham edib. Sitat: “Atanıza digər məhbuslardan daha yaxşı şərait yaratmaq üçün şeytani bir sövdələşməsi etdiniz”.

Baş nazir Paetonqtarn isə öz növbəsində bu ittihamları rədd edib.

MƏNBƏ:TRT Global
Araşdırma
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
ABŞ Kubaya mümkün hərbi əməliyyat planını sürətləndirir
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib