DÜNYA
2 dəqiqə oxuma
İsrailin hücumunda hamilə ana və körpə öldürüldü
İsrailin Qəzzanı qəfil bombalaması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 400-dən çox fələstinli həlak olub.
00:00
İsrailin hücumunda hamilə ana və körpə öldürüldü
Alaa Abu Helal
20 mart 2025

İsrailin Qəzzanı qəfil bombalaması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 400-dən çox fələstinli həlak olub.

Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində ciddi dağıntı baş verib.

Qəzzalı Əfnan əl-Qannam ilk övladını 13 ay əvvəl, müharibə davam edərkən və hələ öz evlərində yaşayarkən dünyaya gətirib.

Yazda o, bu dəfə sağlam olmayan çadır şəhərciyində yenidən ana olmağı gözləyirdi. Yenə də kövrək atəşkəs nisbətən sakit mühit təmin etmişdi.

Lakin çərşənbə axşamı səhər tezdən İsrail hava hücumu onların ailəsinin çadırını hədəf aldı. Yeddi aylıq hamilə olan Əl-Qannam və kiçik oğlu Məhəmməd həyatını itirdi.

"Bu, onların hədəf siyahısıdır" deyir Əl-Qannamın həyat yoldaşı Ala Əbu Helal Xan Yunisdəki Nasser xəstəxanasının meyitxanasında balaca Məhəmmədin kəfənlənmiş cəsədini tutarkən. "O, ağır müharibə şəraitində doğulub və müharibədə şəhid olub. Onların hədəfləri günahsız insanlardır" deyə əlavə edir.

İsrailin hava hücumları yanvarın ortalarında başlayan atəşkəsi pozdu, məhv etdi və 15 aylıq bombardmanlar, qurudan hücumları, köçkünlük və aclıqdan sonra yaşaya bilmək üçün mübarizə aparan fələstinliləri heyrətə saldı.

Əbu Helal bildirib ki, hücum baş verən zaman Qəzzanın ən cənubunda yerləşən Rəfahdakı evini yoxlamaq üçün gedib. Xan Yunis yaxınlığında köçkün ailələr üçün böyük düşərgə olan Muvasidə ailənin yaşadığı çadır vurulub.

20 yaşlı Əl-Qannam və Məhəmməd Muvasidə yaşayıb. "Onlar məni tək qoyub getdilər. Hələ doğulmamış körpəm də öldü" deyir" Əbu Helal.

Məhəmməd Rəfahda anadan olub. May ayında İsrail əsgərlərinin təxliyə əmri verərək hücuma keçməsi ilə ailə tezliklə şəhəri tərk etmək məcburiyyətində qalıb. İsrail qüvvələri ilə HƏMAS döyüşçüləri arasında toqquşmalar şəhəri dağıdıb.

Əbu Helal "Müharibə zamanı siz ailənizi və uşaqlarınızı qorumaq üçün qaçırsınız. Amma baxın, burada ölüdür. Onların hamısı öldü".

Araşdırma
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb