TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyədə iki min ildən artıq tarixə malik Paflaqoniya kurqanı ziyarətçilərin istifadəsinə verilib
Kastamonu vilayətində aparılan qazıntı və bərpa işlərindən sonra yenidən qurulan məzar təpəsi mühüm mədəni və arxeoloji mərkəz kimi diqqət çəkir
Türkiyədə iki min ildən artıq tarixə malik Paflaqoniya kurqanı ziyarətçilərin istifadəsinə verilib
Türkiyədə iki min ildən artıq tarixə malik Paflaqoniya kurqanı ziyarətçilərin istifadəsinə verilib / AA

Qazıntı və bərpa işləri başa çatdıqdan sonra Türkiyənin şimalında yerləşən təxminən 2 min 100 illik bir məzar qalıqları (kurqan) ziyarətçilər üçün açılıb. Bu barədə yerli qurumlar məlumat yayıb.

Kastamonu vilayətinin Daday rayonuna bağlı Kayı kəndində yerləşən bu təpə antik Paflaqoniya bölgəsinin ən mühüm məzar abidələrindən biri hesab olunur.

Ərazi 1998-ci ildə birinci dərəcəli arxeoloji sahə kimi qeydiyyata alınıb. Buna baxmayaraq, illər ərzində icazəsiz qazıntılara məruz qalıb.

2015–2017-ci illər arasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən qazıntı və bərpa işləri çərçivəsində məzar yerini əhatə edən iri daş bloklar yenidən öz yerinə yerləşdirilib, abidə ziyarətçilər üçün uyğun vəziyyətə gətirilib.

Yerli rəsmilər və kənd sakinləri ərazinin mədəni irs baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq, daha geniş beynəlxalq tanıtım aparılacağı təqdirdə buradakı turizm potensialının artacağını bildirirlər.

Kayı kəndinin icra nümayəndəsi İbrahim Terzi bildirib ki, sözügedən sahə bölgənin mədəni irsi baxımından olduqca dəyərlidir.

İbrahim Terzi deyir: “Dünyanın bu ərazidən xəbərdar olmasını və buranın Paflaqoniya məzarlığı kimi turizmə açılmasını istəyirik.”

Təbiət fotoqrafı Cəbrail Keleş də kurqanın tarixi əhəmiyyətinə diqqət çəkərək, burada inkişaf etmiş qədim bir sivilizasiyanın izlərinin aydın şəkildə müşahidə olunduğunu deyib: “Aşkar edilən qalıntılara nəzər yetirildikdə, iki min ildən artıq müddət əvvəl burada inkişaf etmiş bir sivilizasiyanın mövcud olduğunu görmək mümkündür.”

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədə ilk dəfə təşkil edilən "GITEX AI" tədbiri öz işinə başlayıb
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə XİN Mladiçin dəfn mərasimi ilə bağlı bəyanat yayıb
Murat Kurum:''Fəthiyədə böyük ekoloji layihə həyata keçiriləcək''
R.T.Ərdoğan Avropa çempionu olan Türkiyə millisini təbrik edib
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub
R.T.Ərdoğan:''Türkiyə İran-ABŞ gərginliyinin sona çatması üçün səylər göstərir''
Türkiyə Avropa Parlamentinə reaksiya verdi: "Tarixi faktlar təhrif edilir"
Türkiyə və Yunanıstanın baş kəşfiyyatçıları Afinada görüş keçiriblər
İstanbulda DEAŞ-la əlaqəli olduğu ehtimal edilən şübhəli bir nəfər əməliyyatla zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı