DÜNYA
2 dəqiqə oxuma
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumlarında ölənlərin sayı 250-yə çatıb
Pakistanın Bəlucistan əyalətində baş verən koordinasiyalı terror hücumlarında çoxlu sayda mülki şəxs və təhlükəsizlik işçisi həyatını itirib
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumlarında ölənlərin sayı 250-yə çatıb
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumu / AFP
4 fevral 2026

Hakimiyyət orqanları terrorla mübarizə əməliyyatlarının davam etdiyini bildirir.

Təhlükəsizlik rəsmisinin verdiyi məlumata görə, fevralın 3-dən bəri Pakistanın Bəlucistan əyalətində terrorçular tərəfindən koordinasiyalı şəkildə həyata keçirilən hücumlarda 250-dən çox insan həlak olub. Hökumət qüvvələri hücum edənləri təqib edərkən, qarşıdurmalar davam edir.

Pakistan təhlükəsizlik qüvvələri xarici vətəndaşlara, yerli olmayan pakistanlılara və təhlükəsizlik əməkdaşlarına qarşı tez-tez silahlı hücumların baş verdiyi, Əfqanıstan və İran sərhədində yerləşən bu mineral zəngini əyalətdə on illərdir davam edən Bəluc üsyanı ilə mübarizə aparır.

Adı açıqlanmayan yüksək rütbəli rəsmilərdən biri fevralın 3-də günü AFP-yə verdiyi açıqlamada: "Davam edən antiterror əməliyyatlarında 197 terrorçu öldürülüb", - deyə bildirib.

Rəsmi şəxs Bəlucistanda koordinasiyalı şəkildə həyata keçirilən hücumlarda ən azı 36 mülki şəxsin və 22 təhlükəsizlik əməkdaşının öldüyünü də sözlərinə əlavə edib.

Silahlıların həftə sonu banklara, həbsxanalara, polis bölmələrinə və hərbi obyektlərə basqın etməsindən sonra bəzi bölgələrdə hələ də arabir toqquşmalar yaşanır.

“İyrənc və qorxaqcasına”

Bəlucistan Baş naziri Sərfraz Bugti fevralın 1-də Kvetta şəhərində keçirdiyi mətbuat konfransında hücuma məruz qalan bütün bölgələrin terrorçulardan təmizləndiyini söyləyib.

Bugti: "Biz onları qovuruq, bu qədər asanlıqla getmələrinə icazə verməyəcəyik" deyib.

Əyalətin ən fəal silahlı separatçı qrupu olan Bəluc Azadlıq Ordusu (BLA), AFP-yə göndərdiyi bəyanatda hücumların məsuliyyətini öz üzərinə götürüb.

Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı kimi tanınan qruplaşma silahlı hücumlar və kamikadze partlayışlarının istifadə edildiyi əməliyyatlarda hərbi obyektlərlə yanaşı, polis və mülki idarə rəsmilərini də hədəf aldığını bildirib.

BLA son illərdə bölgədə çalışan digər əyalətlərdən olan pakistanlılara və xarici enerji şirkətlərinə qarşı hücumlarını intensivləşdirib.

Ötən il terrorçular daxilində 450 sərnişin olan qatara hücum etmişdilər. Hadisə iki gün davam edən ölümcül bir mühasirəyə səbəb olmuşdu.

Birləşmiş Millətlər Təşkilatı fevralın 3-də son hücumları "iyrənc və qorxaqcasına" adlandırıb.

Araşdırma
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub
Miqrantları daşıyan qayıq Yunanıstan Sahil Mühafizəsinin gəmisi ilə toqquşub: 14 nəfər həlak olub