Suriya Prezidenti Əhməd Şara ölkəsinin inkişaf və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.
ABŞ Maliyyə Nazirliyinin Suriyanı 1979-cu ildə daxil edildiyi “terrorun sponsorları” siyahısından çıxarmasından sonra Şaraa ölkəsinin problemli keçmişindən çıxdığını və inkişaf, yenidənqurma yoluna qədəm qoyduğunu deyib.
Əhməd Əl Şaraa “X” sosial media hesabında etdiyi paylaşımda sanksiyaların və məhdudiyyətlərin aradan qaldırılması ilə Suriya xalqının daha bir mühüm uğur qazandığını bildirib.
Suriya dövlət başçısı Şaraa ABŞ Prezidenti Donald Trampa, həmçinin Suriyanın yanında olan və ölkəyə dəstək verən bütün dost və tərəfdaş ölkələrə minnətdarlığını ifadə edib.
ABŞ Maliyyə Nazirliyi Suriyanın “terrorun sponsorları” siyahısından rəsmi olaraq çıxarıldığını açıqlayıb.
Suriyada Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Vaşinqtonla Dəməşq arasında yeni dövrlə bağlı əlaqələr sürətlənib.
Suriyanın siyahıdan çıxarılması ölkənin uzun müddətdir davam edən diplomatik və iqtisadi təcridinin azaldılması istiqamətində mühüm addım hesab olunur.


















