DÜNYA
2 dəqiqə oxuma
Ərdoğan: "Dekabr ayından bu yana 200 min suriyalı qaçqın evlərinə qayıtdı"
Prezident Rəcəb Tayyib Ərdoğan ötən il dekabrın 9-dan etibarən Türkiyədən vətənlərinə qayıdan suriyalıların sayının 200 minə çatdığını açıqlayıb
Ərdoğan: "Dekabr ayından bu yana 200 min suriyalı qaçqın evlərinə qayıtdı"
The total number of Syrians who have voluntarily, safely and honourably returned to their homeland has reached 931,450, Erdogan said. / AA

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 28-də Türkiyə Əsrində miqrasiya idarəçiliyi mövzusunda keçirilən tədbirdə çıxış edib.

Dövlət başçısı Ərdoğan Suriyanın “müxtəlif çətinliklərə, maneələrə və təxribatlara baxmayaraq” yavaş-yavaş bərpa olunduğunu bildirərək deyib:

“Suriya bərpa olunduqca geri qayıdanların sayı da artmağa başladı”.

Ərdoğan həmçinin "X" platformasında verdiyi açıqlamada vətənə könüllü, sağ-salamat və şərəflə qayıdanların ümumi sayının 931 min 450 nəfərə çatdığını bildirib.

Dövlət başçısı Türkiyənin ötən əsrin ən böyük humanitar sınaqlarından birini uğurla keçməsindən qürur duyduğunu bildirərək deyib ki, hazırda dünya əhalisinin 3,6 faizi miqrant kimi yaşayır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, hazırda dünyada 281 milyondan çox miqrant olduğunu vurğulayan Ərdoğan əlavə edib ki, işçi miqrantların sayı 165 milyonu keçib.

Müharibələrin təsiri ilə son 3-4 ildə qaçqınların sayının 120 milyona çatdığını bildirən Ərdoğan “Məlumatlar göstərir ki, qarşıdurma, zülm və ya terror səbəbilə hər dəqiqə ən azı 20 nəfər köç etmək məcburiyyətində qalır” deyib.

Hazırda dünya əhalisinin 3,6%-nin miqrant kimi yaşadığını vurğulayan Ərdoğan müharibələrin uzanması, böhranların həll edilməməsi və iqlim dəyişikliyinin təsirlərinin dərinləşməsi ilə bu nisbətlərin daha da artdığını bildirib.

Türkiyə 4 milyon suriyalıya ev sahibliyi etdi

Ərdoğan bildirib ki, insanları miqrasiyaya məcbur edən əsasən Qərb dövlətlərinin siyasəti olsa da, iş yükünü bölüşdürmək məsələsində bunların heç birini görmürsən. Dünyadakı qaçqınların 75%-i zəngin ölkələr deyil, aşağı və orta gəlirli ölkələr tərəfindən qəbul edilir.

Qeyd edək ki, 13 ildir davam edən Suriya vətəndaş müharibəsi zamanı Türkiyə digər ölkələrdən daha çox olmaqla 4 milyona yaxın suriyalıya ev sahibliyi edib.

Suriyanı 25 ilə yaxın idarə edən Bəşər Əsəd dekabrda Rusiyaya qaçdı və 1963-cü ildə başlayan və onilliklərlə davam edən Baas Partiyasının hakimiyyətinə son qoydu.

Yanvarın sonunda köhnə Konstitusiyanı, təhlükəsizlik xidmətlərini, silahlı qrupları, parlamenti və Baas Partiyasını ləğv edən keçid hökuməti quruldu.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub