TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqа müraciət etdi
Nazirlər Kabinetinin iclasında daxili siyasət, iqtisadiyyat, təhlükəsizlik və xarici siyasətlə bağlı cari məsələlərin müzakirəsi aparılıb
Prezident R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqа müraciət etdi
Prezident R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqа müraciət etdi

Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqа müraciət edib. Nazirlər Kabinetinin iclasında daxili siyasət, iqtisadiyyat, təhlükəsizlik və xarici siyasətlə bağlı cari məsələlərin müzakirə edildiyini bildirən ölkə başçısı R.T.Ərdoğan deyib:

"Bölgəmizdə qeyri-sabitliyin artdığı, yeni gərginlik nöqtələrinin meydana çıxdığı bir dövrdə hökumət olaraq ölkəmizi sabitlik və inkişaf xəttində saxlamağa davam edirik. Dünyadakı proseslər ölkəmizdəki dinc və sabit mühitin qorunmasının Türkiyə üçün növbəti dövrdə daha da mühüm əhəmiyyət kəsb edəcəyini göstərir.

Hansı baxışa, mənşəyə və ya məzhəbə mənsub olmasından asılı olmayaraq, vətəndaşlarımızın bu əmin-amanlıq və sabitlik mühitinin qorunmasında ən az bizim qədər həssas davrandığını bilirik. Sağlam düşüncəsinə görə xalqımıza təşəkkür edirəm.

Türkiyə olaraq genişlənmə iddiaları ilə coğrafiyamızdakı alova benzin tökənlərin qarşısında bütün imkanlarımızla bu alovu söndürmək, ağır vəziyyəti yüngülləşdirmək və axan qanı dayandırmaq üçün səmimiyyətlə mübarizə aparırıq. Balkanlardan Türk dövlətlərinə qədər harada bir qardaşımız, soydaşımız, dostumuz varsa, bütün platformalarda onların hüquqlarını ən qətiyyətli şəkildə müdafiə edirik.

Qonşularımızdan başlayaraq demək olar ki, hər bir ölkə ilə dostluq münasibətləri, qarşılıqlı hörmətə əsaslanan yaxşı əlaqələr qurmağa çalışırıq. Bununla da kifayətlənmirik. Uzun illər müxtəlif səbəblərdən məhdud əlaqələrimizin olduğu ölkələrlə də yeni tərəfdaşlıqlar qurmağa xüsusi diqqət yetiririk."

MƏNBƏ:TRT