SİYASƏT
2 dəqiqə oxuma
D.Peskov: “Qarşılıqlı siyasi iradə olduğu təqdirdə Putin Makronla görüşə bilər”
RİA xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən yaydığı xəbərdə bildirib ki,Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı siyasi iradə olduğu təqdirdə Fransa Prezidenti Emmanuel Makronla görüşməyə hazırdır
D.Peskov: “Qarşılıqlı siyasi iradə olduğu təqdirdə Putin Makronla görüşə bilər”
D.Peskov: “Qarşılıqlı siyasi iradə olduğu təqdirdə Putin Makronla görüşə bilər” / Reuters

RİA xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən yaydığı xəbərdə bildirib ki,Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı siyasi iradə olduğu təqdirdə Fransa Prezidenti Emmanuel Makronla görüşməyə hazırdır.

RİA-nın məlumatına görə, Peskov dekabrın 21-də deyib:“Əgər qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar.”

Fransa Prezidenti Emmanuel Makron bu həftə verditi açıqlamada Avropanın Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoqu yenidən bərpa etməli olduğuna inandığını deyib.

Makron deyib: “Düşünürəm ki, avropalılar və ukraynalılar olaraq qarşıdakı həftələrdə bu müzakirəni yenidən başlatmaq üçün düzgün çərçivə tapmaq bizim xeyrimizə olacaq”.

Fransa prezidenti Brüsseldə jurnalistlərə açıqlamasında deyib: “Ya lazımi təhlükəsizlik zəmanətləri ilə möhkəm və davamlı sülh əldə olunmalıdır, ya da qarşıdakı həftələrdə avropalıların Rusiya ilə tam və şəffaf dialoqa qayıtmasının yollarını tapmalıyıq’’.

Macarıstan və Slovakiya istisna olmaqla, Avropa İttifaqının əksər üzv ölkələri Ukraynadakı müharibə başlayandan sonra Putinlə birbaşa əlaqələri dayandırıblar.

İyul ayında Makron üç ildən sonra Putinlə ilk dəfə təxminən iki saat davam edən telefon danışığı aparıb. Söhbət zamanı Fransa prezidenti Ukraynada atəşkəs elan edilməsinə çağırış etsə də, bu söhbətin müharibənin gedişatına ciddi təsiri olmayıb.

Makron vurğulayıb ki, Rusiya ilə danışıqları yenidən başlatmaq üçün uyğun çərçivənin tapılması Avropa İttifaqının maraqlarına uyğundur. Əks halda, liderlər yalnız öz aralarında və rus tərəfi ilə əlaqə saxlayan məhdud sayda vasitəçilərlə kifayətlənməli olacaqlar.

Xatırladaq ki, dekabrın 19-da Avropa İttifaqına üzv ölkələrin liderləri münaqişənin dördüncü ilinə yaxınlaşması fonunda yaranacaq büdcə kəsirlərini qarşılamaq məqsədilə Ukraynaya 105 milyard dollar məbləğində kredit ayrılması barədə razılığa gəliblər. Ancaq maliyyələşmənin dondurulmuş Rusiya aktivləri hesabına həyata keçirilməsi məsələsində razılıq əldə olunmayıb.

Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib