SİYASƏT
2 dəqiqə oxuma
Hakan Fidan gündəmdəki aktual mövzuları qiymətləndirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya etdiyi rəsmi səfərlə bağlı Türkiyə mətbuatına mühüm bəyanatlar verib
Hakan Fidan gündəmdəki aktual mövzuları qiymətləndirib
Hakan Fidan gündəmdəki aktual mövzuları qiymətləndirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya etdiyi rəsmi səfərlə bağlı Türkiyə mətbuatına mühüm bəyanatlar verib. Nazir Moskvadakı təmasları zamanı ikitərəfli münasibətlərdə və regional məsələlərdə hər hansı bir problemin və ya ciddi şikayətin olmadığını, hər iki ölkənin mümkün olan bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istədiyini vurğulayıb. Rusiyanın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə toxunan Hakan Fidan Rusiya rəsmilərinin yanaşmasında bir dəyişiklik müşahidə etmədiyini və onların Donetsk məsələsi həll olunmadan heç bir irəliləyişin mümkün olmayacağını bildirdiklərini qeyd edib.

Hakan Fidan 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO sammiti barədə də mühüm açıqlamalar verib. Sammitdə müzakirə olunacaq çox kritik məsələlərin ABŞ prezidenti olmadan həll edilməsinin qeyri-mümkün olduğunu bildirən nazir bir çox Avropa ölkəsinin bu görüşün məhz Türkiyənin ev sahibliyi ilə keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Avropalı müttəfiqlərin fikrincə sammitin Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində baş tutması ABŞ Prezidenti Donald Trampın bu görüşdə iştirakını təmin edən ən mühüm amildir.

Regional əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda "3+3" mexanizminin fəaliyyəti barədə Rusiya ilə razılığa gəlindiyini deyən XİN rəhbəri bu platformanın Türkiyə, Rusiya, Azərbaycan, İran, Ermənistan və Gürcüstan arasında əlaqələri gücləndirmək üçün vacib olduğunu vurğulayıb. Bölgə ölkələrinin əməkdaşlığa üstünlük verməli olduğunu bildirən Hakan Fidan bu düşüncə tərzi ilə həm Cənubi Qafqazda, həm də Orta Asiyada sabitliyi artırmağın və iqtisadiyyatları gücləndirməyin mümkünlüyünü diqqətə çatdırıb. Bu kontekstdə Ermənistanla normallaşma prosesinə də toxunan nazir Baş nazir Nikol Paşinyan hökumətinin çox mühüm addımlar atdığını, Prezident Ərdoğanın iradəsi ilə birbaşa ticarət və uçuşların bərpası da daxil olmaqla mühüm irəliləyişin əldə olunduğunu bəyan edib.

Nazir Hakan Fidan ABŞ-İran nüvə sazişi mövzusuna da toxunub. Saziş üzrə prinsipial razılığın olduğunu, lakin texniki qrupların həll etməli olduğu vacib məqamların qaldığını bildirən Hakan Fidan xüsusilə zənginləşdirilmiş uranın aqibəti və gələcək zənginləşdirməyə qoyulacaq moratoriumun icra mexanizmlərinin müzakirə edildiyini deyib. O, İranda mövcud olan 400 kiloqram zənginləşdirilmiş uranın durulaşdırılması barədə prinsipial razılığın əldə olunduğunu, lakin bu prosesə kimin nəzarət edəcəyi və necə təsdiqlənəcəyi kimi detalların hələ də masada olduğunu bildirib.

İsrailin bölgədəki aqressiv və ekspansionist siyasətini kəskin pisləyən Hakan Fidan bu vəziyyətin təkcə Türkiyənin deyil, bütün dünyanın probleminə çevrildiyini vurğulayıb. İsrailin regionda dağıntılar törətmək, bəzi ölkələri işğal etmək və terror aktları həyata keçirmək istədiyini qeyd edən nazir bu aqressiyanın həm qlobal təhlükəsizliyə, həm də dünya iqtisadiyyatına ciddi təsir göstərdiyini bildirib. H. Fidan İsrailə qarşı beynəlxalq arenada artan diplomatik təzyiqlərin tezliklə real nəticələr verəcəyinə və region ölkələrinin yenidən sülh, sabitlik və rifah içində yaşayacağına ümid etdiyini vurğulayıb.

Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"