SİYASƏT
2 dəqiqə oxuma
Hindistanın xarici işlər naziri Vikram Misri sosial mediada təhqirlərə məruz qalıb
Pakistan və Hindistan arasında atəşkəsdən sonra Hindistanda hökumətyönlü trollinqlər Hindistanın xarici işlər nazirinə ən sərt təhqir və lənətlər yağdırıblar
Hindistanın xarici işlər naziri Vikram Misri sosial mediada təhqirlərə məruz qalıb
Hindistan-Pakistan / AP
12 may 2025

Hindistanın xarici işlər naziri Vikram Misri hökuməti adından qonşu Pakistanla atəşkəs elan etdikdən sonra sosial mediada təhqirlərə məruz qalıb.

Hindistanın gündəlik qəzeti "The Hindu" Misri ailəsinin Pakistanla atəşkəsdən qəzəblənən hökumətyönlü trollinqlər tərəfindən təhqirə məruz qaldığını yazıb.

Hindistanın xarici işlər naziri nalayiq şərhlərin hədəfinə çevrildikdən sonra hesabını bağlamağa və şərhləri deaktiv etməyə məcbur olub.

“The Wire” xəbər saytı hökumətyönlü "X" hesablarının Misrini “satqın” adlandırdığını və Misrinin ailəsi haqqında keçmiş yazıları ifşa etdiyini, onun qızını xaricdə oxuduğu və müsəlman Rohinca qaçqınlarına hüquqi yardım göstərdiyi üçün hədəfə aldığını bildirib.

Hindistanın müxalif Konqres partiyası hökumətyönlü trollinqləri tənqid edərək, onların hakim BJP ilə əlaqəli olduğunu söyləyən bəyanat yayıb:

"Keçən həftə təqibçiləri əsgər və zabitin dul arvadı Himanşi Narvalın sadəcə"nifrətə, zorakılığa" çağırışlarına görə pis qarayaxma kampaniyasına başlayıblar. İndi onlar xarici işlər naziri Vikram Misrini hədəfə alırlar, sanki Modi, Amit Şah, Rajnath Sinq yaxud Jaishankar deyil də atəşkəsi bir başına o qərarlaşdırmış kimi".

Başqa bir müxalifət lideri isə bunları deyib:

"Vikram Misri və qızına qarşı təhqirlər nifrət doludur. Bu nifrəti "millətçilik" adlandırmaq zəmanəmizin ən böyük yalanıdır. Hökumətyönlü nifrət Hindistan üçün real təhlükədir və bu, bizi bitirməzdən əvvəl sona çatmalıdır".

Pakistan və Hindistan hər iki ölkədə 50-dən çox insanın ölümünə səbəb olan dörd günlük qarşılıqlı hücumlardan sonra atəşkəs əldə ediblər.

Pakistan Hindistana bir neçə hərbi zərbə vurduğunu, o cümlədən bir çox təyyarənin düşürüldüyünü iddia edib. Bu iddia bir çox beynəlxalq media orqanları tərəfindən dəstəklənib.

Hindistan isə öz iddialarını tənqid edən ən azı 8000 "X" hesabını bağlayıb.

Bu arada, Hindistanda bəzi əsas xəbər kanalları tərəfindən aparılan kütləvi dezinformasiya kampaniyası sosial media istifadəçilərinin əks reaksiyasına səbəb olub.

Araşdırma
Türkiyə dövləti İsrailin Fələstin ərazisində torpaq qeydiyyatı planına etiraz etdi
İsrail qüvvələri atəşkəsə baxmayaraq Qəzzada qətl törətməyə davam edir
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''