DÜNYA
2 dəqiqə oxuma
Suriya Prezidenti Şaraa keçmiş SDQ/YPG rəhbərini müşaviri təyin edib
Bu təyin qərarı YPG/SDQ-nin buraxılması və terror təşkilatının Suriya dövlət qurumlarına inteqrasiyası barədə razılığa gəlindikdən sonra qəbul edilib
Suriya Prezidenti Şaraa keçmiş SDQ/YPG rəhbərini müşaviri təyin edib
Suriya Prezidenti Əhməd əl-Şaraa Dəməşqdə Məzlum Abdi ilə görüşür. / AA Archive

Suriya Prezidenti Əhməd əl-Şaraa SDQ/YPG-nin keçmiş rəhbəri Məzlum Abdini özünə müşavir təyin edib

SANA dövlət xəbər agentliyinin məlumatına görə, Suriya Prezidenti Əhməd əl-Şaraa YPG-nin rəhbərlik etdiyi SDQ-nin (Suriya Demokratik Qüvvələri) keçmiş lideri Məzlum Abdini özünə müşavir təyin edib.

SANA-nın xəbərində Əhməd əl-Şaraanın cümə axşamı günü M.Abdini "Respublika Prezidentinin müşaviri" vəzifəsinə təyin edən fərman imzaladığı bildirilir.

Əl-Şaraa avqustun 25-də keçirilən mətbuat konfransında həmin təşkilatın buraxıldığını elan etmişdi.

Yanvar razılaşmasına görə, şimal-şərqi Suriyadakı qrupun nəzarətində olan bütün mülki və hərbi strukturlar; sərhəd keçid məntəqələri, hava limanları və neft və qaz yataqları da daxil olmaqla, Suriya dövlət strukturlarına daxil ediləcək.

ABŞ tərəfindən dəstəklənən və YPG-nin (PKK terror təşkilatının Suriya qolu) hakim olduğu terror təşkilatı olan SDQ əvvəllər Suriyanın vahid hərbi strukturuna qoşulmağa müqavimət göstərmişdi və Dəməşqin razılaşmanın həyata keçirilməsini gecikdirməkdə ittihamları ilə üzləşmişdi.

Türkiyə ardıcıl olaraq SDQ/YPG də daxil olmaqla, PKK ilə əlaqəli bütün terror təşkilatlarının tərksilah edilməsini və ləğv edilməsini tələb edərək, Suriyanın sabitliyinin terror strukturlarının ləğvindən və ölkənin ərazi bütövlüyünün vahid hökumət və milli ordu altında qorunmasından asılı olduğunu vurğulayır.

SDQ-nin buraxılması qərarı PKK terror təşkilatının Türkiyə ordusunun uzun müddətdir davam edən terrorla mübarizə əməliyyatları nəticəsində təştilatın terror hücumları qabiliyyətinin böyük miqyasda aradan qaldırılması və Ttürkiyə daxilində fəaliyyət göstərmə qabiliyyətinə son qoyulması ilə yanaşı, təştilatın rəsmi olaraqq buraxılması və on illərdir davam edən silahlı mübarizəsinə son qoyulmasından sonra verilib.