DÜNYA
1 dəqiqə oxuma
Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində azı 16 nəfər həlak olub
Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həlak olub
Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində azı 16 nəfər həlak olub
Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələdə 16 nəfər həlak olub.

Çinin Tibet Muxtar Bölgəsində oktyabrın 22-də gecə radələrində baş verən 7 maqnitudalı zəlzələdə ilkin məlumatlara görə 16 nəfər həyatını itirib.

"Sinxua" (Xinhua) agentliyinin xəbərinə görə, episentri Tibet Muxtar Bölgəsinin Nakçu vilayətinin Baçin rayonu olan zəlzələdə 300-dən çox ev dağılıb.

Zəlzələdə ilkin məlumatlara görə 16 nəfər həyatını itirərkən, 32 nəfər yaralanıb.

Fəlakət bölgəsinə 300 polis ilə 347 yanğınsöndürən və xilasedici heyət cəlb edilib.

Yaralılardan 11-nin vəziyyəti ağır olaraq qalır, yüngül yaralanan 21 nəfər isə xəstəxanalarda müalicə olunub.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə insan tələfatının artacağından narahatlıq duyulur.

Tibetin Şıqatsı vilayətinin Tinqri rayonunda 2025-ci ilin yanvarında baş verən 6,8 maqnitudalı zəlzələdə 120 nəfər həyatını itirmişdi.