Ədliyyə naziri Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridis ilə videokonfrans formatında məhsuldar görüş keçirdiyini bildirib.
Nazir görüşdə iki ölkə arasındakı ədliyyə sahəsindəki mövcud əməkdaşlıq əlaqələrinin qiymətləndirildiyini qeyd edib. Danışıqlar zamanı məhkəmə sahəsində tərəfdaşlıq, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayətkarların ekstradisiyası kimi mühüm məsələlər müzakirə olunub. Görüşdə beynəlxalq şəbəkəyə malik cinayətkar qruplaşmalara qarşı effektiv mübarizə aparmaq üçün ölkələr arasında fasiləsiz məhkəmə əməkdaşlığının vacibliyi vurğulanıb.
Cinayətkarların hara qaçmasından asılı olmayaraq ədalət mühakiməsinə cəlb olunmasında qərarlı olduqlarını diqqətə çatdıran A.Gürlek deyib: ‘‘Yunanıstana qaçmış müxtəlif cinayətkar qruplaşma rəhbərlərinin ölkəmizə ekstradisiya edilməsini tələb etdik. Nazirliklərimiz arasında qarşılıqlı etimada əsaslanan dialoqu davam etdirəcək, konkret və ardıcıl addımlarla hüquqi əməkdaşlığımızı daha da genişləndirəcəyik’’.






















