SİYASƏT
2 dəqiqə oxuma
Husilər Qırmızı dənizdə tankerə hücum ediblər
İsraillə əlaqəli olduğu iddia edilən neft tankerinin yaxınlığında partlayış qeydə alınıb
Husilər Qırmızı dənizdə tankerə hücum ediblər
Yəmən
1 sentyabr 2025

Yəməndəki Husilər İsraillə əlaqəli bir tankere hücum etdiklərini iddia ediblər. Bu hücum, İsrailin hava zərbələri nəticəsində yüksək rütbəli husi rəhbərlərinin öldürülməsindən cəmi bir neçə gün sonra baş verib.

Husilər sentyabrın 1-i günü bəyan ediblər ki, Qırmızı dənizdə Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında yerləşən bir neft tankerinə raket atıblar.

Husilərin hərbi sözçüsü general-mayor Yəhya Sari “Əl-Məsirə” peyk kanalında yayımlanan əvvəlcədən qeydə alınmış müraciətində hücuma görə məsuliyyəti üzərlərinə götürdüklərini açıqlayıb. O, “Scarlet Ray” adlı gəminin İsraillə əlaqəli olduğunu iddia edib.

Qeyd edək ki, Yaxın Şərqdə dəniz daşımalarını izləyən Böyük Britaniyanın Kral Donanmasına bağlı Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları Mərkəzi daha əvvəl bildirib ki, Səudiyyə Ərəbistanının Yanbu şəhəri sahillərində bir gəminin yanında partlayış səsi eşidilib.

Husilər 2023-cü ilin noyabrından 2024-cü ilin dekabrına qədər Qəzzadakı müharibəyə görə İsraili hədəf alaraq 100-dən çox gəmiyə raket və pilotsuz uçuş aparatları ilə hücum ediblər. Onlar indiyə qədər həyata keçirdikləri əməliyyatlarda dörd gəmini batırıblar və azı səkkiz dənizçini öldürüblər.

İran tərəfindən dəstəklənən Husilər müharibə zamanı qısa müddətli atəşkəs dövründə hücumlarını dayandırmışdılar. Lakin sonradan ABŞ prezidenti Donald Trampın əmri ilə həftələrlə davam edən intensiv hava hücumlarının hədəfinə çevrildilər. D.Tramp bu zərbələrin ardından döyüşçülərlə atəşkəs əldə edildiyini elan etmişdi.

Husilər iyul ayında iki gəmini batıraraq təxminən dörd nəfəri öldürüblər. Digər heyət üzvlərinin isə döyüşçülər tərəfindən saxlanıldığı güman olunur.

Husilərin yeni hücumları İsrailin Qəzzadakı qanlı müharibəsində mümkün yeni atəşkəsin, Baş nazir Benyamin Netanyahunun müharibəni dayandırmaq istəməməsi səbəbindən hələ də qeyri-müəyyən qaldığı bir dövrə təsadüf edir.

Xatırladaq ki, ötən həftə İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində husilərin rəhbəri və bir neçə nazir öldürülüb.

MƏNBƏ:TRT
Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib