TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Birləşmiş Krallıq müdafiə əlaqələrinin gücləndirilməsi istiqamətində addım atıblar
Yeni saziş “Typhoon” döyüş təyyarələrinin uzunmüddətli texniki xidmətinin təmin olunmasına və tərəflər arasında strateji əməkdaşlığın genişlənməsinə xidmət edir
Türkiyə və Birləşmiş Krallıq müdafiə əlaqələrinin gücləndirilməsi istiqamətində addım atıblar
Türkiyə və Birləşmiş Krallıq müdafiə əlaqələrinin gücləndirilməsi istiqamətində addım atıblar / AA

Türkiyə dövləti və Birləşmiş Krallıq iki müttəfiq arasında müdafiə əlaqələrinin gücləndirilməsi istiqamətində növbəti addım kimi “Eurofighter Typhoon” döyüş təyyarələrinin texniki xidmət və istismarını dəstəkləyən yeni saziş imzalayıb.

Tərəflər arasındaki saziş martın 25-də (bu gün) Londonda Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə Birləşmiş Krallığın müdafiə naziri Con Hili arasında keçirilən görüş zamanı yekunlaşdırılıb.

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin məlumatına görə, saziş “Eurofighter Typhoon” proqramı çərçivəsində olan təyyarələr üçün texniki və logistika dəstəyinə yönəlib və onların uzunmüddətli əməliyyat hazırlığının təmin edilməsini hədəfləyir.

 

Sözügedən saziş genişmiqyaslı alış müqaviləsinin davamıdır

Xatırladaq ki, bu saziş ötən il imzalanmış daha geniş müqavilədən sonra bağlanıb. Həmin müqavilə Türkiyənin 20 ədəd “Typhoon” döyüş təyyarəsi, eləcə də müvafiq avadanlıq və sursat almasını nəzərdə tutur və dəyəri 8 milyard funt sterlinq (10,7 milyard ABŞ dolları) təşkil edir.

Rəsmilər bildiriblər ki, proqramla bağlı ayrıca tədarük müqaviləsi artıq oktyabr ayında tamamlanıb və bu da hazırkı texniki xidmət yönümlü sazişin imzalanmasının əsasını təşkil edib.

 

Strateji tərəfdaşlıq möhkəmlənir

Nazirlər Yaşar Gülər və Con Hili görüş zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər. Hər iki tərəf qarşıdakı illərdə hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı qətiyyət nümayiş etdirib.

Qeyd edək ki,  “Eurofighter” konsorsiumunun əsas tərəfdaşlarından biri olan Birləşmiş Krallıq, Almaniyanın 2024-cü ildə satışla bağlı veto qərarını ləğv etməsindən sonra aylarla davam edən danışıqlar nəticəsində əldə olunan bu sazişin imzalanmasında Türkiyənin ən güclü dəstəkçilərindən biri olub.

MƏNBƏ:TRT
Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib