TÜRKİYƏ
2 dəqiqə oxuma
Ərdoğan Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edilib
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib
Ərdoğan Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edilib
ABŞ prezidenti Donald Tramp / Reuters

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Türkiyənin "NSosyal" sosial media platformasında paylaşım edərək deyib: “ABş prezidenti 16 yanvar 2026-cı ildə Sülh Şurasının qurucu sədri kimi məktub ünvanlayaraq prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasının qurucu üzvü kimi iştirak etməyə dəvət etmişdir”.

B.Duran əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməsı ilə ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən Qəzza Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Planı dəstəkləmək qərarına gəlib və bu çərçivədə Qəzzada təhlükəsizliyin və yenidənqurmanın təmin edilməsindən məsul olacaq Sülh Şurası və onun qurumları yaradılır.

Qəzza atəşkəsinin ikinci mərhələsi

ABŞ səfiri Stiv Uitkoff yanvarın 14-də Trampın Qəzzadakı müharibəyə son qoymaq üçün 20 maddəlik planı çərçivəsində atəşkəs razılaşmasının ikinci mərhələsinin başladığını elan edib.

ABŞ prezidenti Donald Tramp planının növbəti mərhələsinin "rəsmi olaraq" başladığını söyləyib.

"Sülh Şurasının sədri olaraq, keçid dövründə Qəzzanı idarə edəcək və Şuranın Ali Nümayəndəsi tərəfindən dəstəklənən yeni təyin olunmuş Fələstin texnokratik hökumətini, Qəzza İdarəetməsi üzrə Milli Komitəsini dəstəkləyirəm", - deyə o bildirib.

"Bu fələstinli liderlər dinc gələcəyə sarsılmaz şəkildə sadiqdirlər!" - deyə Tramp əlavə edib.

Tramp bildirib ki, Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS ilə hərtərəfli tərksilah razılaşması əldə ediləcək.

"Sülh Şurası"

Ağ Ev həmçinin "Sülh Şurası" çərçivəsində administrasiyanı və xidmət göstərilməsi prosesini dəstəkləmək üçün İcra Şurasının yaradıldığını elan edib.

Bunlara Türkiyənin xarici işlər naziri Hakan Fidan; Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Britaniyanın keçmiş Baş naziri Toni Bleyer, BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Rim Əl-Haşimi, təcrübəli Qətər diplomatı Əli Əl-Təvadi, Misir kəşfiyyat rəisi Həsən Rəşad, BMT-nin keçmiş səfiri Nikolay Mladenov, Kıbrıs (Kipr)-İsrail iş adamı Yakir Qabay və hollandiyalı siyasətçi Siqrid Kaaq daxildir.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib